Din sevgidən başqa bir şey deyil
Mьəllif: admin1
Tarix: 30-09-2016, 08:31
Din sevgidən başqa bir şey deyil

Hiylə və təcavüz varsa, həqiqi aşiqlər üçün savaş var
İmam Sadiq (ə) buyurur: “Din sevgidən başqa bir şey deyil.” Bəs din yolunda axıdılan qanlar?
Sevgi varsa, əğyar var. Əğyar varsa hiylə və təcavüz var. Hiylə və təcavüz varsa, həqiqi aşiqlər üçün savaş var. Savaş varsa, şəhid də var, qazi də!
Amma avropanümaları “bismillah”dan xoflandıran mücadilə və qan yox, başqa bir incə nöqtədir. Məsələn, oyunda cığallıq edənə hakim sərf etməz. O, “cığal oyundan çıxacaq” qərarı ilə razılaşmır. Çünki yenə harama əl qatmaq niyyətindədir. Həqiqəti bilərəkdən inkar edənlərin içini Quran oxuyur: “Bəlkə, insan bundan sonra da günah etmək istəyir?” (“Qiyamət”, surəsi, 5)
Bəli, çoxlarını “bismillahdan”, ibadətdən, tövbədən qaçıran hələ də davam edən günah həvəsidir. Əlbəttə ki, “bismillah” deyərək şərab badəsi qaldırmaq, rüşvət almaq, haram yemək məntiqsiz görünərdi.
Bir eşq o birinə manedir. Kimi avropanın xoşuna gəlməz deyə, kimi vəzifəsini itirər deyə, kimi yazıları çap olunmaz deyə vaz keçir “bismillahdan”.

Tanrının dünyasında
Yüz min dürlü sevgi var.
Özün düşün, özün seç,
Sənə hansı layiqdir.

Yunis İmrə
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930