İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Mьəllif: admin1
Tarix: 22-12-2015, 10:23
İSLAM SƏRKƏRDƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Allah yolunda və İslamın həyat verici qanunlarının möhkəmlənməsi istiqamətində fədakarlıq göstərib canından keçən İslam ordusu fərdbə fərd İslam əxlaqı ilə zinətlənməli, İslamın nəzərdə tutduğu səciyyələri əldə etməlidirlər.
Başqa sözlə, insan yalnız imanlı, pak, təqvalı, fədakar, mücahid olduqda İslam döyüşçüsü adına layiq olur. Atəş və hücum göstərişləri silahlı qüvvəyə komandanlığı öhdəsinə götürmüş şəxsdən asılıdır. Bunun təyinində dəqiq və incə şərtlər ödənməli, bütün xüsusiyyətlər nəzərə alınmalıdır. İslam qoşununa komandanlıq məqamı asanlıqla əldə olunan məqam deyil.
İslam qoşununa komandan təyin olunmuş insan iman, təqva, şücaət, fədakarlıq, iti düşüncə və rəhbərlik qüdrəti kimi səciyyələrə yiyələnməklə yanaşı böyük ruh, vüqar, mətanət, səbr və dözüm, tutum, əxlaqi mötədillik, yerində hiddət və qəzəb, yerində mülayimlik və müdara kimi səciyyələrə də yiyələnməlidir. Belə olsa, o İslam qoşununu öz düşüncəsizliyi ilə məhvə aparmaz, ixtiyarına verilmiş gücdən sui-istifadə etməz, yersiz qətillər törətməz.
Əhdnamədən məlum olur ki, həzrət Əli (ə) Malik Əştərə buyuruğunda İslam qoşununun komandanı üçün bir sıra səciyyələr nəzərdə tutur:
1. Allahın hökmlərinə, peyğəmbər, imam və rəhbərin əmrlərinə xeyirxahlıq və qayğıkeş münasibət, rəhbərə itaət və səmimi yardım;
2. Qəlbigenişlik və ruhi aramlıq;
3. Paklıq, təqva;
4. Müsbət keçmiş;
5. Çətinliklər qarşısında səbir və dözüm;
6. Həlimlik, nəfsə ağalıq, qəzəb və əsəbiliyi biruzə verməmək;
7. Əfv ruhiyyəsi, peşiman olmuş xətakarların bağışlanması;
8. Savaş meydanında şücaət və öncüllük;
9. Səxavət;
10. Qeyri-ilahi hər nəyi kiçik saymaq;
11. Dərin ağıl və düşüncə;
12. Cəmiyyətin məhrum təbəqəsinə mərhəmət, azğınlara qarşı sərtlik.
Həzrət Əlinin (ə) ordu komandanı üçün xüsusiyyətləri sadaladığı kəlamına nəzər salaq:
“Ordu komandanlığına elə birini təyin et ki, o, ətrafındakılar arasında Allaha, peyğəmbər və imamlara hamıdan xeyirxah, daha pak və daha ağıllı olsun. Elə biri ki, gec qəzəblənsin, üzri qəbul etsin, zəiflərə mehriban, azğınlara sərt olsun. Elə biri ki, çətinliklər ona diz çökdürməsin.
Sonra ərbablarla mürüvvətli, kərəm sahibləri ilə isti ol. Şəxsiyyətli insanlarla, saleh və müsbət keçmişli ailələrlə, şücaətli və səxavətli fərdlərlə ülfət saxla. Çünki onlar kərəm və xeyir ocaqlarıdır.”


İmam Əlinin (ə) dövlətçilik ayinlərinə baxışı
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930