Əhli-beytə (ə) namaz hədiyyələri
Müəllif: Admin
Tarix: 21-07-2019, 09:21
Əhli-beytə (ə) namaz hədiyyələri
1) İslam Peyğəmbərinə (s) hədiyyə namazı.
Seyyd ibn Tavus İmam Rzaya (ə) əsaslanaraq buyurur: "Hər gün, xüsusən cümə günü qılınar. İki rükətdir.

Hər rükətdə bir dəfə Fatihə və on beş dəfə Qədr surəsini oxu. Həmçinin, rukuda və rukudan qalxanda, hər iki səcdədə və hər iki səcdədən baş qaldıranda da, on beş dəfə Qədr surəsini oxu. Sonda təşəhhüd və salam deyib, namazı bitir".

2) İmam Əliyə (ə) hədiyyə namazı.

Şeyx Səduq və Seyyid ibn Tavus İmam Sadiqdən (ə) söyləyirlər: "Namaz dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükərtə bir dəfə Fatihə və əlli dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salam deyib, namazı bitir".

3) Fatimeyi Zəhraya (s.ə) hədiyyə namazı.

İki rükətdir. Birinci rükətdə bir dəfə Fatihə, yüz dəfə Qədr surəsini oxu. İkinci rükətdə, bir dəfə Fatihə və yüz dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

4) İmam Həsənin (ə) namazı.

Cümə günü qılınır. Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükətdə bir dəfə Fatihə və iyirmi beş dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

5) İmam Hüseynin (ə) namazı.

Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükətdə əlli dəfə Fatihə və əlli dəfə İxlas surəsini oxu. Rukuda, rukudan qalxanda, hər iki səcdədə, hər iki səcdədən baş qaldıranda on dəfə Fatihə və on dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

6) İmam Səccadın (ə) namazı.

Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Hər rükətdə bir dəfə Fatihə və yüz dəfə İxslas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

7) İmama Baqirin (ə) namazı.

İki rükətdir. Hər rükətdə bir dəfə Fatihə və yüz dəfə Təsbihati-ərbəəni oxu. (Subhənəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllah, vəllahu əkbər). Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

8) İmam Sadiqin (ə) namazı.

İki rükətdir. Hər rükətdə bir dəfə Fatihə və yüz dəfə Alimran surəsinin 18 – ci ayəsini oxu. (Şəhidəllahu ənnəhu lə iləhə illə huvə vəl mələikətu və ulul ilmi qaiməm bil qist. Lə iləhə illə huvəl əzizul həkim).

9) İmam Kazimin (ə) namazı.

İki rükətdir. Hər rükətdə bir dəfə Fatihə və on iki dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

10) İmam Rzanın (ə) namazı.

Altı rükətdir. (yəni 3 dəfə 2 rükətli). Hər rükətdə bir dəfə Fatihə və on dəfə İnsan surəsini (76 - cı surə) oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

11) İmam Cavadın (ə) namazı.

İki rükətdir. Hər rükətdə bir dəfə Fatihə və yetmiş dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

12) İmam Hadinin (ə) namazı.

İki rükətdir. Birinci rükətdə bir dəfə Fatihə və bir dəfə Yəsin surəsini, ikinci rükətdə isə, bir dəfə Fatihə və bir dəfə Ərrahmən surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

13) İmam Əskərinin (ə) namazı.

Dörd rükətdir. (yəni 2 dəfə 2 rükətli). Birinci rükətdə bir dəfə Fatihə və on beş dəfə Zəlzələ surəsini, ikinci rükətdə isə bir dəfə Fatihə və on beş dəfə İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

14) İmam Zamanın (ə) namazı.

İki rükətdir. Hər rükətdə Bir dəfə Fatihə surəsini oxu, "İyyəkə nəbudu və iyyəkə nəstəin” cümləsini yüz dəfə de. Sonra Fatihənin ardını oxu. Bir dəfə də İxlas surəsini oxu. Sonda təşəhhüd və salamı deyib, namazı bitir.

Bunları qılmaqda çətinlik çəksəniz 2 rükət sübh namazı kimi qıla bilərsiniz.
Oxşar xəbərlər
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031