İslam dini 6 cümlədə - İmam Baqirin (ə) mübarək dilindən
Mьəllif: admin1
Tarix: 10-09-2021, 22:54
İslam dini 6 cümlədə - İmam Baqirin (ə) mübarək dilindən
Əbi Carud nəql edir: “İmam Baqirə (ə) dedim: “Ey ibni Rəsulallah! Mənim sizə sualım vardır və istəyirəm ki, ona cavab verəsiniz. Gözüm kordur və az yol gedə bilirəm, ona görə də sizi həmişə ziyarət edə bilmirəm”.

İmam (ə) buyurdu: “Sualını ver”.

Dedim: “Məni sizin və nəslinizin o dinindən agah et ki, ona əsasən Allaha ibadət edirsiniz? Mən də ona əsasən Allaha dindarlıq edim”.

İmam (ə) buyurdu: “Kiçik cümlə ilə böyük sual verdin. Allaha and olsun ki, mən və atalarımın Allaha dindarlıq etdiyimiz dini sənə söyləyirəm:

1. Allahın yeganəliyinə və Peyğəmbərin (s) risalətinə şəhadət vermək.

2. Peyğəmbərin (s) Allah tərəfindən gətirdiklərinə etiraf etmək.

3. Bizim dostumuza məhəbbət göstərmək və düşmənimizə düşmənçilik etmək.

4. Bizim əmrlərimizin ardıcılı olmaq.

5. Qaimimizin (ə.f) intizarında olmaq.

6. (Vacibatları yerinə yetirmək üçün) səy göstərmək və haramdan çəkinmək”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031