İmam Əli (ə) vilayəti olmadan ibadət ağacı meyvə verməz
Mьəllif: admin1
Tarix: 24-01-2024, 10:28
İmam Əli (ə) vilayəti olmadan ibadət ağacı meyvə verməz
İmam Əli (ə) vilayəti hər birimiz üçün nicat qapısıdır. O kəs ki, bu vilayətə malik deyildir, bütün dindarlığı naqis və natamam qalar.

Bu dindarlıq Allah rizası ilə olmaz. İmam Əli (ə) vilayəti olmayan din, sahibini cənnətə çatdıra bilməz.

Əlbəttə vilayəti dildə qəbul etmək şərt deyildir. Həqiqi İmam Əli (ə) davamçısı o kəsdir ki, əməl və rəftarında bunu nümayiş etdirər. İmam Əli (ə) vilayəti olmadan heç bir ibadət ağacı meyvə verməz.

Həzrət Peyğəmbər (s) buyurur: "Əli ibni Əbutalibin (ə) vilayəti - Allahın vilayətidir”.

Səlim nəql edir: "İmam Əliyə (ə) dedim: "Allahdan istə ki, dünya və axirətdə məni sənin övliyalarından qərar versin. Həzrət (ə) buyurdu: "Allahım, onu o kəslərdən qərar ver!”.

Sonra Həzrət (ə) üzünü mənə çevirib buyurdu: "Sənə elə bir şey öyrədəcəyəm ki, Peyğəmbərdən (s) eşitmişəm və o, Səlmana, Əbuzərə və Miqdada öyrədirdi. Hər səhər və axşam de:

"«اللّهمّ ابعثنى على الایمان بك و التّصدیق بمحمّد رسولك و الولایة لعلىّ بن ابى طالب و الایتمام بالأئمّة من آل محمّد، فإنّى قد رضیت بذلك یا ربّ

Yəni, Allahım, məni Özünə imanla, Peyğəmbərin Muhəmmədin (s) və Əli ibni Əbutalibin (ə) vilayətini təsdiq edərək, Ali Muhəmməd (ə) İmamlarına iqtida edərək məbus et. Pərvərdigarım, mən bu əqidəyə razıyam”.

Səlim nəql edir: "Miqdaddan soruşdum: "Allah sənə rəhmət etsin, Əli ibni Əbutalib (ə) haqqında Peyğəmbərdən (s) eşitdiyin ən yaxşı mövzunu mənə danış!

Dedi: "Peyğəmbərdən (s) eşitmişəm ki, buyurub: "Allah ins və cindən hər kimin qəlbini pak etmək istəsə, Əli ibn Əbutalibin (ə) vilayətini ona tanıdar. Hər kimin ki, qəlbinə Allah pərdə çəkmək istəyər, Əli bini Əbutalibin (ə) mərifətini ondan saxlayar”””.

Mufəzzil ibni Ömər İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: "Allah Təala bir məsələni mömin insanın öhdəsinə qoymuşdur. O mömin insan ki, Allahın rübubiyyətini, Rəsullahın (s) nübuvvətini və İmam Əlinin (ə) vilayətini etiraf edərsə, İlahi vacibatı yerinə yetirərsə, Allah Təala vəd etmişdir ki, ona Öz qürbündə yer verəcək və onu bu məqamdan əsirgəməyəcəkdir. Az əməl edin və çoxlu ləzzət aparın”.

Həzrət Peyğəmbər (s) buyurur: "Əli bini Əbutalibin (ə) vilayəti mənim qalamdır və hər kim mənim qalama gələr, cəhənnəmimdən amanda olar”.

İmam Hüseyn (ə) buyurur: "Böyük və Əziz Allah Musa ibni İmranı xəlq edir və onunla Tur dağında söhbət edir. Bu zaman yerə nəzər salır və əqiqi xəlq edir. Sonra buyurur: "Zatıma and olsun ki, o əldə ki, əqiq olar və Əli ibni Əbutalibin (ə) vilayətini qəbul edər, əzab etmərəm””.

Cabir nəql edir: "İmam Baqirdən (ə) "Ali-İmran” surəsinin 157-ci ayəsi haqqında sual verdim. Həzrət (ə) buyurdu: "Sən bilirsən Allahın yolu hansıdır?”.

Dedim: "Allaha and olsun ki, yox”. Həzrət (ə) buyurdu: "Allahın yolu Əli (ə) və onun övladlarıdır. Hər kim onun vilayəti yolunda öldürülərsə, Allah yolunda ölmüş olar. Hər kim Əli (ə) vilayəti yolunda ölərsə, Allah yolunda can vermiş deməkdir””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031