İmam Cavadın (ə) saray alimlərini mat qoyan cavabı
Mьəllif: admin1
Tarix: 19-07-2020, 23:33
İmam Cavadın (ə) saray alimlərini mat qoyan cavabı
Təbərsi əl-İhticac əsərində İmam Cavadın həyatında baş verən bir sıra münazirələri gətirib. O münazirələrdən və mübahisələrdən biri də Məmunun qarşısında saray alimi Yəhya ibni Əksəmlə münazirədir.

İmam Cavad Abbasi xəlifəsi Məmunun dəvəti ilə Bağdada gedir. Bir neçə gündən sonra Məmun onu öz sarayına dəvət edərək ona qızı Ümmul-Fəzllə evlənmək təklifini edir.

İmam Cavad (ə) Məmunun bu təklifi qarşısında sükut edir. Məmun da sükutu razılıq əlaməti sayıb tədarük fikrinə düşür. O, təntənəli şəkildə bir məclis qurmaq istəyirdi.


Lakin bu xəbərin Bəni-Abbas arasında yayılması böyük narazılığa səbəb olur. Bəni-Abbas sülaləsinin nümayəndələri bir yerə toplaşaraq Məmuna öz etirazlarını bildirib dedilər:

“Bu nə işdir görürsən? Əli ibn Musa ər-Rizanın vəfat etdiyi və hakimiyyətin Bəni-Abbasın əlində olduğu bir halda hakimiyyəti yenə də, Əlinin övladlarına vermək istəyirsən? Biz bu işə yol verə bilmərik.

Aramızda olan neçə illik düşmənçiliyi unutmusan?” Məmun soruşur: “Bəs sizin fikriniz nədir?”

Onlar dedilər: “O, uşaqdır və hələ elm və bilikdən xəbəri yoxdur.”

Məmun dedi: “Siz bu ailəni yaxşı tanımırsınız, onların kiçiyi də, böyüyü də tükənməz elm sahibidir. Əgər mən deyənə razı deyilsinizsə, onda onu yoxlayın. Qəbul etdiyiniz bir alimi gətirib onunla bəhs etdirin, onda mənim dediklərimə inanarsınız.

Abbasilər alimlərin arasında (öz elmi ilə aləmə səs salmış) Yəhya ibn Əksəmi seçirlər. Məmun İmam Cavadın (ə) elm və bilik səviyyəsini yoxlamaq üçün bir məclis təşkil edir.

Həmin məclisdə Yəhya ibn Əksəm Həzrətdən soruşur: “Həcc mövsümü zamanı ehram bağlayıb heyvan ovlamış şəxsin hökmü necədir?”

İmam Cavad (ə) buyurur: “Həmin şəxs o heyvanı hərəmdən kənarda ovlamışdır, yoxsa hərəm daxilində? Ehram bağlamış şəxs ehram haqqında heyvan ovlanmasının haram olduğunu bilib, yoxsa yox?

Heyvanı bilərəkdən ovlamışdır, yoxsa bilmədən? Heyvanı ovlayan şəxsin özü azad insan olub, yoxsa qul?

Uşaq olmuşdur, yoxsa böyük? Birinci dəfədir bü cür iş görür, yoxsa bir neçə dəfə belə iş görüb? Ovladığı heyvan quşlar cinsinə aiddir, yoxsa quş deyil?

Böyük heyvan olub, yoxsa kiçik? Gördüyü bu işdən peşman olub, yoxsa yox? Heyvanı gecə ovlayıb, yoxsa gündüz? Bağladığı ehram ümrə həccinin olub, yoxsa təməttö həccinin?”

Bu məsələ barədə İmam Cavadın (ə) müxtəlif hallar qeyd etməsinə heyran qalmış Yəhya ibn Əksəmin üzündə zəiflik hiss olunur və dili topuq vurmağa başlayır. Belə ki, bütün məclisdəkilər onun İmam Cavadın (ə) qarşısında aciz olduğunu açıq-aşkar hiss edirlər.

Bu vaxt Məmun deyir: “Şükr olsun Allaha ki, mənim fikirləşdiyim düz çıxdı.” Sonra isə üzünü öz qohum-əqrəbasına tutub deyir: “Qəbul etmədiyiniz həqiqəti indi anladınızmı?”

(Təbərsi, əl-İhticac, səh -444 və əl-Məsudi, İsbatul-vəsiyyəti li-İmam Əli ibni Əbi-Talib, səh- 189)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930