Nəfsani istəklərlə mübarizə vasitələri. İradəni gücləndirməyə yardım edən amillər
![]() Bir qədər təmrin edir və nəfslərini tərbiyə etməklə məşğul olurlar. Çətinliklə üzləşən kimi geri çəkilir və təslim olurlar. Elə bilirlər ki, getdikləri yol kifayət deyildir. Ancaq əsil problem – bu yolda göstərdikləri süstlük və tənbəllikdir. İradəni gücləndirməyə yardım edən amilləri tanıyaq: - Allahdan daima yardım istəyib, Məsumlara (ə) təvəssül etmək. Xüsusilə də İmam Zaman ağaya (ə.f). - Quranla yaxın olmaq və onu tilavət etmək, tərcüməsi ilə tanış olmaq, ayələri haqqında təfəkkür etmək. - Əxlaqa təsir qoyan dualarla yaxın olmaq. O cümlədən: “Məkarim əxlaq”, “Xəmsə əşərə” duası, “Kumeyl”, “Təvəssül”, “Şəbaniyyə” münacatı kimi. - Pak insanlarla və görkəmli alimlərlə rabitə qurmaq və onlarla get-gəl etmək. - Yatmazdan əvvəl əməllərini hesaba çəkmək. - İnsanı tənbəlləşdirən əməllərdən çəkinmək. Nəfsani istəklərlə mübarizə aparmaq üçün bəzi amillərə diqqət etmək: - Naməhrəmlərə və onların şəkillərinə baxmaqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Baxış ardınca baxış, baxanın ürəyində şəhvət yaradar”. “Baxış – şeytanın oxlarındandır”. - Fasiq və əxlaqsız insanlarla rabitə qurmaqdan çəkinmək. - Mömin insanlarla dost olmaq. - Hər bir halda Allahı unutmamaq. - Günah fikrini qəlbə buraxmamaq. - Davamlı olaraq idmanla məşğul olmaq. - Moizə verən kitablar oxumaq və hər gün azı bir saat kitab mütaliəsi ilə məşğul olmaq. - Özünü hər yerdə Allahın dərgahında görmək və Onu əməllərinə Nazir kimi görmək. - Günahın çirkin simasına diqqət etmək. - Nə zaman günah fikirləri zehnə gəlsə, diqqətini Allaha və şərəfli işlərə yönəltmək. - Şeytanın (lən) düşmən olduğunu qəbul edib, o məlunla mübarizə aparmaq. (Deyerler.org) Oxşar xəbərlər
|
|