Əmmarə nəfsimizlə mübarizə vasitələrini öyrənək
Mьəllif: admin1
Tarix: 28-07-2017, 22:37
Əmmarə nəfsimizlə mübarizə vasitələrini öyrənək
Hələ ki, cavanlıq gücü və qüdrəti vardır, insan öz nəfsani istəkləri ilə mübarizə apara bilər. Çünki cavan qəlb lətif və mələkutidir, orada fəsadın zəminələri zəif olar. Lakin insanın yaşı nə qədər yuxarı qalxsa, günahın kökləri ürəyində daha dərin və daha möhkəm olur. Onu qopardıb atmaq çox çətin, bəzən mümkünsüz olur. Bu yolda qələbə çalmaq üçün əmmarə nəfslə mübarizə etmək lazımdır. Bəs nə edək?
1. Təfəkkür. Əmmarə nəfslə mübarizədə atacağımız ilk addım təfəkkürdür. Yəni, insan hər gün bir qədər təfəkkür etsin ki, Allah Təala onu bu dünyaya gətirib və onun rahatlığı üçün lazım olan hər şeyi ona verib - bəs bütün bunların qarşısında onun vəzifəsi nədir? Bütün bunlar nəfsani istəklər üçündürmü? Əgər aqil insan bir az düşünsə, dərk edər ki, Allah bizdən nəfsimizin islah olmağını istəyir.

2. Əzm. Yəni, günahları tərk etmək üçün qərara gəlmək. Elə bir yola qədəm qoyursan ki, orada çox sayda çətinliklər vardır. Səbir və əzm olmadan, onlarla mübarizə aparmaq olmaz. Rəhmətlik İmam (r.ə) əzmi insanın cövhəri və dəyər ölçüsü bilərdi. Alim buyurardı ki, musiqiyə çox qulaq asmaq əzmi və iradəni zəiflədər.

3. Müşaritə, müraqibə, mühasibə və müvaxizə. Bu 4 əməl hər bir insan ruhu üçün böyük əhəmiyyətə malikdir. İmam Musa (ə) buyurur: "Hər kim hər gün bir dəfə də olsa əməlini mühasibə etməzsə, bizdən deyildir”. Müşaritə odur ki, insan özünə şərt qoyar ki, günah etməyəcəkdir. Qərara gələr ki, bir gün bu işi görsün və onun nə qədər asan bir iş olduğuna əmin olsun. Müşaritədən sonra gərək müraqibə mərhələsinə daxil olasan. Yəni, bütün gün ərzində özünə şərt qoyduğun əməllərinə nəzarət edəsən. Əgər ürəyinə gəlsə ki, günah edəsən - bu şeytanın vəsvəsəsidir və ona lənət oxuyub, Allaha pənah aparmaq lazımdır. Nəhayət həmin günün sonunda bütün dünya və axirət işlərini görüb qurtardıqdan sonra gün ərzində etdiyin əməllərin mühasibəsini edirsən. Əgər günah etməmisənsə, Allaha şükür edirsən. Yox əgər etmisənsə, tövbə edirsən. Əgər günah etməmisənsə, deməli Allaha tərəf bir addım atmısan. Belə insan üçün Allaha itaət və günahı tərk etmək şirin olar. Əgər günah etmisənsə, gərək özünü müvaxizə edəsən, yəni, danlayasan, məzəmmət edəsən. Sonra da Allahdan bağışlanma diləyib, yeni tövfiqlər istəyəsən.

Müşaritə, müraqibə, mühasibə və müvaxizə. Əxlaq alimlərinin bu xəstəlikləri müalicə etmək üçün təklif etdikləri ən yaxşı yol – özündəki nöqsanları tanıyıb üzə çıxartmaqdır. Sonra da həmin rəzil sifətlərin əskinə əməl edəsən. Allah Təaladan bu yolda tövfiq diləyəsən.

5. Müəllim. İnsanın əxlaqını islah etməsində və əmmarə nəfsinə qalib gəlməsində yardıma ehtiyacı vardır və əxlaq müəllimləri ona bu sahədə kömək edə bilərlər. Onların dərslərinə getmək və moizələrinə qulaq asmaq faydalı nəticələr verər.

6. Allahın müqəddəs aylarından istifadə etmək. Rəcəb, Şəban və Ramazan ayları nəfsini islah etmək üçün ən yaxşı aylardır. Bu aylarda İlahi rəhmət qapıları açılar və şeytan zəncirə vurular. Ona görə də nəfsi islah etmək daha asan olar.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930