Zikrin gətirdiyi 21 səmərə
Mьəllif: admin1
Tarix: 12-03-2021, 18:09
Zikrin gətirdiyi 21 səmərə
Şeytan (lən) daima vəsvəsə etdiyi kimi, insan da daima zikrində olmalıdır.

Mərhum Nəraqi bizlərə buyurur ki, vəsvəsədən xilas olmağın yolu - Allahı zikr etməkdədir. Zikrin gətirdiyi səmərələr:

1. Zikr pis fikirlərlə mübarizə aparar və şəhvəti tərk edər.

2. Həzrət Peyğəmbər (s) buyurur: “Əgər hər kim qəlb hüzuru ilə iki rükət namaz qılsa, əvvəlki və sonrakı günahları bağışlanar”.

3. Nəfsani istəklərlə mübarizə aparar.

4. Şeytan ordusunun qarşısında o zaman aciz oluruq ki, Allahdan yardım istəmirik. Zikr Allahı yada salır.

5. Hədislərdə oxuyuruq ki, hər bir insanın üzərində bir şeytan və iki mələk vardır. Zikr bizi mələklərə yaxınlaşdırar.

6. Əgər insanın həyatdakı qorxusu Allah üçün olarsa, şeytan heç bir zaman ona hakim olmaz.

7. İnsanın varlığı o zaman ki, boş olar, havayi-nəfslə dolu olar. Ancaq əgər bu boşluq zikrlə doldurularsa, şeytan üçün yer qalmaz.

8. Allah bəndəsi olmaq insanı şeytanın bəndəsi olmaqdan xilas edər.

9. Əgər qəlb qabınız zikrlə dolu olarsa, şeytani vəsvəsə üçün yer qalmaz.

10. Unutmayın ki, belə deyildir ki, insan həm Allahdan boş olsun, həm də şeytandan.

11. İnsanın ancaq bir seçimi var, ya Allah, ya da şeytan. Zikr insana Allaha seçdirər.

12. Allah, Rəhman adı ilə hər şeyi var edər, Rəhim adı ilə kamala çatdırar.

13. Hər gün inanaq ki, Rəhman Allah xüsusi bir rəhmətini bizdən qabaqda qərar vermişdir.

14. Əgər insan hər gün həmin günün lütfünü görərsə, şeytanın məkrindən amanda qalar.

15. Zamanın qədrini bilməmək, nigaran olmaq şeytandandır, ancaq zikr bunları bizdən uzaqlaşdırar.

16. Vaxtımızı pak fikir, əməl və niyyətlə dolduraq.

17. Əgər düzgün fikirləşməyi bilmirsənsə, zikrə pənah apar.

18. Zikrin nuraniliyi insana sağlam fikir hədiyyə edər.

19. Zikr nəfsani təhlükələri dəf edər.

20. Əxlaqi rəzillikləri aradan aparar.

21. Əxlaqi fəzilətlər əmələ gətirər.

Zikr davamlı olarsa, təsir qoyar.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031