Özünü tərbiyə yolunda müvəffəq olmaq üçün 8 addım
Mьəllif: admin1
Tarix: 6-10-2020, 10:38
Özünü tərbiyə yolunda müvəffəq olmaq üçün 8 addım

Varlıq aləmində heç bir hadisə səbəbsiz deyildir. Yəni, həm müvəffəqiyyət və həm də məğlubiyyət səbəblərdən asılıdır.

Ona görə də əvvəl bu səbəbləri tanımalı və sonra onlara əməl olunmalıdır ki, insan müvəffəq ola bilsin.

Hər kim təfəkkür, mərifət və kifayət qədər elmlə bu meydana daxil olarsa, o zaman müvəffəq ola bilər.

Müvəffəq olmaq üçün hansı amillər vardır?

1. Nikbinlik. Allah yolunun yolçusu öz həqiqi gücünü ölçər. Halına bir nəzər salar və ona əsasən, özünü tərbiyə üçün proqram təşkil edər.

İnsanlar həm ruhi və həm də cismi cəhətdən bir-birindən fərqlənirlər. Ona görə də hər kəs öz gücünə uyğun proqram qurmalıdır ki, ona gücü çata bilsin.

Bu proqrama əməl edən zaman sevinci və gümrahlığı yerində olsun. Məcburiyyət və ikrahdan çəkinsin.

2. Cazibəlilik. Müvəffəq olmaq üçün proqram quran zaman onun keyfiyyətinə kəmiyyətindən daha çox diqqət etmək lazımdır.

Misal üçün, insan əgər proqrama yazıbsa ki, gündə bir cüz Quran oxumalıdır, onu bir səhifə ilə əvəz edə bilər.

Ancaq səy göstərər ki, bu bir səhifəni kamil diqqətlə oxusun və mənaları haqqında düşünsün. Namazlarını isə qəlb hüzuru ilə qılsın.

3. Tədricən. Ən az olandan başlamaq. Ancaq bu işi tədricən çoxaldacağını qərara almaq.

Misal üçün, əgər gecə namazının hamısını qılmaq əvvəl çətindirsə, yalnız bir rükətini qılsın. İki həftə sonra ona iki rükəti də əlavə etsin. Sonra get-gedə qalan nafilələri də.

4. Halın mərtəbələrinə riayət etmək. İnsan özünü tərbiyə proqramında gərək mərhələ-mərhələ irəli getsin. Elə ilk addımdan kamala çatmaq olmaz.

Yaxşı olar ki, insan ilk vacibatlarından və onların şəraitlərinə riayət etməkdən başlasın. Onlarla bir yerdə haramları tərk etsin.

Şeytanın tələsinə düşməmək üçün ciddiyyət göstərsin. Tədricən bədəni təslim olacaq və iman ruhuna nüfuz edəcəkdir. Bundan sonra Allahın inayəti ilə hidayət olacaqdır.

5. Əzm. Proqram təşkil etdikdən sonra onları yerinə yetirmək üçün cidddiyyət göstərmək lazımdır və tənbəllikdən çəkinmək lazımdır.

6. Təvəssül. Böyük cihadda qalib gəlmək üçün Allahdan yardım istəmək lazımdır. Məsum İmamlara (ə) təvəssül etmək lazımdır.

7. Örnək seçmək. Qalib gəlmək üçün insanın bu yolda örnəyi olmalıdır. Ən yaxşı örnəklər isə Məsum İmamlardırlar (ə).

8. Mühasibə. Allah yolunun yolçusu gərək mühasibə yolu ilə Allahla rabitə qursun. Rəhmətlik İmam (r.ə) bu haqda yazır: “Lazım olan məsələlər cihad, şərt qoymaq, nəzarət və mühasibədir.

Şərt qoymaq odur ki, ilk gündən özünə şərt qoyasan ki, bu gün Allahın buyurduqlarının əksinə əməl etməyəcəksən.

Əgər bunu qərara alsa, məlum olar ki, bir gün əksinə əməl etməmək çox asan bir işdir. Sən qərara gəl və şərt qoy, təcrübə et. Gör nə qədər asandır.

Mümkündür ki, şeytan və ordusu bu işi sənə böyük göstərsin. Ancaq bu, o məlunun təlqinlərindəndir. Onu ürəkdən lənətlə.

Yersiz qorxunu qəlbindən çıxart və bir günü təcrübə et. O zaman təsdiq edərsən”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930