Nəfsi tərbiyə etməklə bağlı ayətullah Məkarim Şirazinin və ayətullah Cəfər Sübhaninin tövsiyələri
Mьəllif: admin1
Tarix: 21-06-2017, 23:14

Nəfsi tərbiyə etməklə bağlı ayətullah Məkarim Şirazinin və ayətullah Cəfər Sübhaninin tövsiyələri


Nəfsi tərbiyə etmək hamı üçün böyük əhəmiyyətə malikdir.
İnsanların elmi hər nə qədər çox olarsa, gərək təqvaları da çox olsun. Əxlaqi nöqtələrə daha çox diqqət etsinlər. İctimai münasibətlərdə ədəbə daha çox riayət etsinlər. Əks halda müvəffəq ola bilməzlər. 
Ayətullah Məkarim Şirazinin tövsiyələri:
Bu mərhələyə çatmaq üçün kitab mütaliə etmək və alimlərin həyat tərzi ilə tanış olmaq çox təsirlidir. Ən yaxşı göstərişlər Quranda, "Nəhcul-bəlağə”dədir. Alimlərin həyatını tədqiq etmək də insana nəfsini tərbiyə etməkdə yardım edər. Gərək baxaq görək, təqva və özünü islah yolunu necə keçib gəliblər. Onların təcrübələrindən bəhrələnək.
Bu yolda ayıq olmaq lazımdır. Çünki çox sayda tələlər, təhlükəli uçurumlar vardır. Yanlış ürfanlar və ya sufiçiliyə meyl etmək bizləri yanlış yollara tərəf aparar.
Ayətullah Cəfər Sübhaninin tövsiyələri:
Nəfsini islah etmək – dinə əməl etməkdir. Bundan qeyrisi yoxumuzdur. Nəfsi islah etmək – İslamın buyurduqlarından başqa bir şey deyildir. Vacibatları yerinə yetirmək və haramlardan çəkinmək. Hətta məkruhlara düçar olmamaq. Ayıq bir əsgər kimi haqqın nidasını eşitməyə hazır olmaq kimi. Bu, nəfsi islah etməkdir. Əlbəttə bunun də mərhələləri vardır. İnsan adətən aşağı mərtəbədən başlayar. Ancaq elə bir yüksək mərtəbəyə çatar ki, haqqın səsindən qeyrisini eşitməz.
Nəfsi tərbiyə etmək üçün müəllim lazımdır. O kəs ki, müəllim olmadan nəfsini islah edər, bəzən səhv edər və yolunu aza bilər. Hər bir halda lazımdır ki, insan müəllimin yardımı ilə bu işi görsün. Əlbəttə Quranın və sünnətin buyurduğu tərbiyədən söhbət gedir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930