İnsan azad varlıq olmasaydı, Peyğəmbərlərin (ə) nazil olması mənasız olardı
Müəllif: Admin
Tarix: 24-03-2020, 10:57
İnsan azad varlıq olmasaydı, Peyğəmbərlərin (ə) nazil olması mənasız olardı

Qurani-Kərim insanı ixtiyar sahibi olan bir varlıq kimi tanıtmışdır. Əgər insan ixtiyar sahibi və azad bir varlıq olmasaydı, o zaman səma kitablarının və peyğəmbərlərin (ə) nazil olması mənasız və yersiz olardı.

Əxlaq və azadlıq bir-birindən ayrılmayan iki sözdür. Onlara ayrı-ayrılıqda tərif verək. Əxlaq - insanın batini və ruhi sifətlərinin məcmuəsidir. Alimlərin nəzərində bəzi əməllər də insanın batinindən qaynaqlandığı üçün əxlaqa şamil edilə bilir.

Azadlıq - başqalarına ziyan vurmayan hər bir işi görmək qüdrətinə malik olmaqdır. İslam dinində insanın bütün həyatı əxlaqı ilə bağlıdır, insanın həyatının heç bir sahəsini əxlaqsız təsəvvür etmək olmaz. Hətta müharibə zamanı düşmənlərlə əxlaqla rəftar etmək lazımdır. Belə ki, Allah Təala buyurur: “Kafirlərin Allahın əvəzinə çağırdıqlarını (bütlər və cinləri) söyməyin ki, onlar da ədavət və nadanlıq üzündən Allahı söyərlər”. (Ənam” 108).

İslam əxlaqı insana icazə vermir ki, hətta heyvanların haqqı tapdalasın. Onlara əziyyət versin. Quranın nəzərində insanın azadlığı həm fərdidir, həm də ictimai. İnsan varlıq və fitri baxımdan azad xəlq edilmişdir. Elə bir insanı təsəvvür etmək mümkün deyildir ki, azad xəlq edilməsin. Ancaq ictimai baxımdan insanın azadlığı həmin cəmiyyətdən və onun qanunlarından asılıdır.

Yəni fərdi azadlıq odur ki, insanla Allah arasında olar. Yəni, Allahla insana aid olan məsələlərə aiddir və o, vəzifələrdir ki, Allah insanın üzərinə qoymuşdur. Allah insanı azad xəlq etdiyi kimi, ona seçim imkanı da vermişdir. Onun yaxşı və pis işlərinə mükafat və cəza təyin etmişdir. Hər bir halda seçim insanın özündədir.

Allah hər iki yolu insana nişan vermişdir və bu, insandır ki, onlardan birini seçər. “Həqiqətən, onu (yaradılış və şəriət hidayəti ilə həyatı boyunca) düz yola yönəltdik – istər şükür edən olsun, istərsə də nankor”. (“İnsan” 3).

“Və sənin Rəbbinin ətası əsla (bir kəsə) qadağan olunmamışdır (dünyada bütün mənəvi və maddi nemətlər mömin və ya kafir olmasından asılı olmayaraq bütün insanların ixtiyarında qoyulmuşdur)”. (“İsra” 20).

İnsan əgər yaxşı yolu seçərsə, mükafatlandırılar və əsk halda - cəzalandırılar.

Ancaq ictimai azadlıq cəmiyyətlə bağlı olduğu üçün başqalarının bu azadlığa riayət etməsi çox mühümdür. Bu azadlıq məhdud deyildir, o yerə qədər ki, başqalarına ziyan vurmasın. Ona görə də bu azadlıq birtərəfli deyildir. İnsan elə əməl etməlidir ki, başqalarının hüququna zidd olmasın.

Bu deyilənlərdən görmək olur ki, əxlaqla azadlığın nə qədər bir-biri ilə rabitəsi vardır. Hər ikisi eyni səmtdə hərəkət edər. Hər ikisi əl-ələ verər və insanı səadətə çatdırar.

Bir insanın ictimai azadlığı yaşadığı hökumətin qanunlar çərçivəsində olar. Biz İslamı istəyirik və azadlığı da İslam dinində görürük. İslam olmadan azadlıq məna kəsb etməz. Ona görə də Quran bizdən istəyir ki, həm əməldə və həm də elmdə hüsni-əxlaqa riayət edək və somra isə bu ikisinin arasında dostluq rabitəsi yaradaq. Əgər İslami əxlaq gözəldirsə, azadlıq da gözəldir.

Allah Təala buyurur: “Ey Adəm övladı, məgər Mən (peyğəmbərlər və öz ağlınız vasitəsilə) sizə buyurmadımmı ki: «Şeytana ibadət etməyin! Şübhəsiz, o sizin açıq-aşkar düşməninizdir?!» Və: «Yalnız Mənə ibadət edin ki, bu, düz yoldur!» (“Yasin” 60-61).

Azad olmayan əxlaq həm bəyənilməz, həm də davamlı olmaz. Əxlaqı olmayan azadlıq da bəyənilməyəndir. Ona görə də əxlaq və azadlıq iki mehriban qardaşdır ki, bir-birindən ayrılmazdır.
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930