Azadlıq nə deməkdir?
Mьəllif: admin1
Tarix: 11-01-2022, 12:58
Azadlıq nə deməkdir?

Dünyada azadlıq iddiası var

Mövzunun aydınlaşması üçün “azadlıq” sözünün mənası və İslamın bu barədə görüşü haqda danışmaq zərurəti yaranır. Ümid edirəm söhbətlərin məcmusu ictimaiyyətin məlumatlandırılması, habelə bizim kimi məsul şəxslərin əməl etməsi üçün faydalı olacaq.

İlk öncə azadlığın mənasını aydınlaşdırmalıyıq. Azadlıq nə deməkdir? Dünyada adlı-sanlı dövlətlərin təxminən hamısı, Şərq və Qərb blokları azadlıqdan ağız dolusu danışır.

Həm Qərb demokratiyası azadlıq iddiasındadır (əlbəttə, Qərbdəki azadlıq fərdi azadlıqdır), həm də Şərq bloku ölkələri, sosialist quruluşları, yaxud sosializm iddiasında olanlar azadlıq və demokratiyadan dəm vururlar.

Şərq ölkələrinin əksəri dövlətin adına azadlıq mənasını ifadə edən “demokratik” sözünü əlavə edirlər. İddia edirlər ki, bu quruluşlarda əsas məqsədlərdən biri də azadlıqdır.

Əlbəttə, azadlıq dedikdə onların məqsədi fərdi yox, cəmiyyət miqyasında azadlıqdır. Yəni fərdi azadlığın ictimai azadlıq saydıqları bir şeydə qarışıb həll olması.

Görürsünüz ki, dünyada azadlıq iddiası var; hər dövlət, hər rejim, hər məktəb, hər quruluş azadlığa xüsusi tərzdə tərif verir və hamı iddia edir ki, öz cəmiyyətlərində azadlığı təmin etmişlər.

İslam cəmiyyətləri daxilində, o cümlədən bizim cəmiyyətimizdə də bəziləri azadlıqdan dəm vururlar. Bunların arasında olan inqilabçı və mömin adamlar azadlıq sözünü müqəddəs bir söz kimi işlədirlər.

Onlar müxtəlif formalarda olan siyasi, iqtisadi və digər azadlıqların təmin edilməsinin tərəfdarıdırlar. Həmçinin onların sırasında azadlığı və azadlıq tələblərini, siyasi məqsədlərini ört-basdır etmək üçün vasitə edənlər də var.

Ölkə daxilində ziyalı qrupları və bu günlər Allahın lütfü ilə yüksək siyasi bilgilərə yiyələnmiş adi xalq arasında azadlıq sözü müxtəlif mənalarda işlənir. Hər kəsin zehnində azadlığın bir mənası canlanır, onun çərçivəsi müəyyən deyil.

Əlbəttə, müxtəlif pozğunluqların - cinsi və əxalqi pozğunluqların tərəfdarı olan bəzi insanlar azadlıq şüarı ilə və “biz azadıq, istədiyimiz hər bir işi görə bilərik!” – deyə, təəssüf ki, Qərbdə azadlıq adlandırılan mövzunu ortaya atırlar. Bizim cəmiyyətdə də çox vaxt azadlıq deyəndə Qərbin bu növ azadlığı yada düşür.

Dünyada azadlıq haqqında iddiaların çoxu sual altındadır. Yəni nə Qərb ölkələrində, nə bu demokratik quruluşlarda, nə də qəzetlərin zahiri baxımdan hər bir sözü yazdığı və televiziya kanallarının hər bir sözü dediyi yerlərdə həqiqi azadlıq var.

Orada azadlığın görüntüsü mövcuddur, oradakı totalitar rejimlərin və diktatorların çirkin üzünə çəkilmiş qalın kosmetik bəzəkdir əslində. Orada da əsl azadlıq yoxdur.

Bu mövzu, necə deyərlər, azad olan çox ölkələrin xalqları üçün ipucu ola bilər ki, özlərinin azad olmalarına şəkk etsinlər və azadlıqlarını tələb eləsinlər.

“Azadlığın fəlsəfəsi nədir?” və “İnsan nə üçün azad olmalıdır?” suallarının mahiyyəti, kökü və sübutu olmalıdır.

Müxtəlif sözlər deyilib: fayda, ümumi xeyir, ümumi ləzzət və maksimum, mədəni hüquqlardan biri. Bunların hamısına irad tutmaq olar. Onların özləri də irad tuturlar.

Əgər son illər liberalizm haqqında yazılanlara baxsanız, görərsiniz ki, azadlıq barəsində nə qədər əbəs, faydasız və orta əsrlər dövrünə aid sözlər deyilib.

Biri bir söz deyib, o birisi cavab verib. Sonra daha biri gəlib və onun cavabına şərh verib. Doğrudan da, üçüncü dünya ziyalıları üçün pis əyləncə deyil:

biri bu nəzəriyyənin tərəfdarı olsun, biri də o nəzəriyyənin; biri bunun arqumentlərini qəbul etsin, biri onun dəlillərini izah etsin, başqa biri də nəzəriyyəni öz adından başqasına sırısın. Ən çoxu budur ki, azadlığın fəlsəfəsi və mənşəyi bir insani hüquqdur.

Azadlıq Allahın və inqilabın hədiyyəsidir. Azadlıq xalqa məxsusdur və xalqın fitri duyğularındandır. Ayətullah Xamenei


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930