Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Mьəllif: admin1
Tarix: 9-03-2018, 22:16
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin Hüseyniyyəsində Əhli-beyt (ə) cəmiyyəti və Türkiyə Kövsər yayım evinin birgə təşkilatçılığı ilə Hz. Fatimənin (s.ə) təvəllüdü münasibəti ilə "Nümunəvi ailə" adlı elmi seminar keçirildi.

Emilya Səfərovanın aparıcılığı ilə baş tutan Elmi seminar Kərbəlayi Lamidənin Quran tilavəti ilə açıq elan olundu.

Seminarda ilk öncə çıxış edən Əhli-beyt (ə) cəmiyyətinin və Al-Mustafa (s) beynəlxalq universitetinin müəlliməsi kərbəlayi Esmira xanım ailə daxilində baş verən narazılıqlardan və onun həlli yollarından danışdı.

Sonra Türkiyə Kövsər yayıncılığ evindən təşrif gətirmiş ilahiyyatçı, yazar Səma Ərdoğan İslamda nümunəvi ailə meyarı haqqında çıxış edib.

Daha sonra geniş ailələrdə ailə daxili münasibətlər mövzusunda Azərbaycan Respublikasindan təşrif buyurmuş ilahiyyatçı, yazar Yeganə Salamzadə söhbət etdi.

Həmçinin İran İslam Respublikasından qonaq olan Al-Mustafa (s) Beynalxalq universitetinin müəlliməsi Məryəm Zairii Hz. Fatimənin (s.ə) ailəsinin xüsusiyyətlərindən danışdı.

Nümunəvi ailə seminarının davamında Azərbaycan Respublikasindan təşrif buyurmuş ilahiyyatçı, tərcüməçi Məlahət Hüseynova müasir ailənin islam qaydaları ilə müqaisəsi mövzusunda çixiş etdi.

BGMİ-nin nəzdində fəaliyyət göstərən qadınlar icmasının üzvü Günay xanım ailədə hökm sürən qaydaların övlad tərbiyəsinə təsiri mövzusunda danışdı.

Seminar dua və ziyafət süfrəsi ilə yekunlaşdı.


Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)
Gürcüstan Əhli-beyt (ə) cəmiyyətində "Nümunəvi ailə" adlı elmi seminar keçirildi (Foto)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031