Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.
Mьəllif: admin1
Tarix: 12-04-2015, 20:40
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.

Bu gün Gürcüstan Marneuli şəhəri Əhli-Beyt (ə) Dini və Mədəni Maarif Cəmiyyəti, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən “Əhli-Beyt (ə) Aşiqləri Forumu” və “Xanım Zeynəb (s.ə)” Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.

Tədbirin aparıcısı Sevinc İsmayılzadə Bakı şəhərindən təşrif buyuran qonaqları və məclis iştirakçılarını salamlamlayıb və təbrik etdikdən sonra Qurani Kərimi tilavət etmək üçün Lalə İbrahimzadəni dəvət etdi.

Sonra “Nərciz” Qadınlar Cəmiyyətinin sədri Səidə Səmədzadə “İslamda qadınlar bayramının mahiyyəti” haqqında danışdı.

Daha sonra “Əhli-Beyti (ə) örnək alaraq İslamda nümünəvi ailə” mövzusunda çıxış edən İlahiyyatçı, müəllimə Yeganə İbrahimzadə mövzu ətrafında verilən suallara cavab verdi. “Qlobal” internet televizyasında “Zərif dəqiqələr” verilişinin müəllifəsi Məleykə Aslanzadə “Gənclərin evlilik öncəsi mənəvi, ictimai və psixoloji hazırlıqları” mövzusunda öz fikirlərini bildirdi və verilən sualları cavablandırdı.

Əhli-Beyt (ə) cəmiyyəti və “Xanım Zeynəb (s.ə.)” Qadınlar Birliyinin müəlliməsi Muluxsa Həsənova “Ailədə uşaq tərbiyəsi” mövzusunda çıxış edib, ünvanlanan suallara cavab verdi.

Tbilisi şəhərində yerləşən Xanım Zəhra (s.ə.) mədrəsəsinin müəlliməsi Yeganə Hüseynova məclis işrtirakçılarını təbrik edərək xanım Zəhradan (s.ə.) söhbət açdı.

Məclisin davamında “Nərciz” Qadınlar Cəmiyyəti tərəfindən “ Xanım Zeynəb (s.ə)” Qadınlar Birliyinin müəllimələrinə ictimai fəaliyyətlərinə görə “Xanım Zəhra (s.ə) mükafatı” ilə təltif etdi.

Tədbirdə söhbətlər arası “Nərciz” İlahi nəğmələr qrupunun ifasında ilahilər səsləndi.

Məclis iştirakçılarından beş xanım Xanım Zəhranın (s.ə) mövludu şərəfinə hicablandılar.

“Xanım Zeynəb (s.ə)” Qadınlar Birliyi tərəfindən məclis iştirakçılarına şirniyyat ehsan olundu.

Tədbir “Fərəc” duasının oxunması ilə yekunlaşdı.
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.


Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.
Bu gün Xanım Zəhranın (s.ə) təvəllüdü və İslamda  qadınlar bayramı münasibəti ilə “Nümunəvi ailə” adlı elmi və mədəni tədbir qeyd olundu.


ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930