Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Mьəllif: admin1
Tarix: 23-05-2016, 19:29
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-Beyt (ə) cəmiyyətinin təşkilatçılığı ilə cəmiyyətin Hüseyniyyəsində İmam Məhdi (ə.f)-in təvəllüdü münasibəti ilə "Məhdəviyyat" mövzusunda elmi seminar keçirildi.

Seminar Kərbəlayi Elçin Daşdanovun aparıcılığı ilə baş tutdu. Elçin Daşdanov ilk öncə məclisin açılışı üçün Quran qarisi Kərbəlayi Rzanı Quran oxumaq üçün dəvət etdi.

Tədbirdə İran İslam Respublikasından təşrif gətirən Höccətul İslam vəl-muslimin doktor Hairi Quranda və sünnədə Məhdəviyyat mövzusunda çıxış etdi.

Məclisin davamında Qum elmiyyə hövzəsinin hörmətli ustadlarından olan Məhəmməd Baqir Sayvəri Quranda Məhdəviyyat mövzusuda olan ayələri üç hissəyə bölərək:
1.Tarixin sonu haqq insanların hakimiyyəti (Haqq qalandı batil gedəndir)
2.Yer üzü heç bir zaman höccətsiz qalmaz.
3.Yer üzündə ideal cəmiyyət olacaq. Bu üç mövzu zühur zamanında baş verəcək deyə dəyərli alim buyurdu.

Seminarın digər qonağı Seyyid Doktor Hüseyni İmamın (ə) müsəlmanların boynunda olan haqlarından və gərək müsəlmanlar onun Allah tərəfindən haqlığı haqqında tərəddüd etməsinlər deyə məclis iştirakçılarına çatdırdı.

Gürcüstan müsəlmanlar idarəsinin Şeyxi Hacı Ramin igidov isə öz növbəsində İmamın (ə.f) zühuruna mane olan 4 amildən danışdı.

Məclis İmam cümə Hacı Hacıyevin xeyir duasi və fərəc duasi ilə sona yetdi.


Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti "Məhdəviyyat" mövzusunda elmi seminar keçirdi (Foto)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930