Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)
Mьəllif: admin1
Tarix: 16-02-2018, 22:59
Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti və İmam Sadiq (ə) məscidinin birgə təşkilatçılığı ilə Marneuli şəhərinin Axılı Mahmudlu kənd İmam Sadiq (ə) məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi qeyd olundu.

Məclis məscidin tələbəsinin Quran tilavəti ilə açıq elan olundu.

Quran tilavətindən sonra çıxış üçün söz Kərbəlayi Emilya xanıma verildi. O öz növbəsində hz. Fatimənin (s.ə) Allah və Peyğəmbər (s) yanında uca məqamından və Eyni zamanda O xanımın (s.ə) kədərli şəhadətindən danışdı.

Müsəlman xanımların iştiraki ilə keçirilən Əza məclisi Kərbəlayi Hafizə xanımın səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi.

Həmcinin Məscidin tələbələri tərəfindən şeir və hədislər söylədilər.

Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı.

Allah zəhməti keçənlərdən qəbul etsin. AMİN!


Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Axılı Mahmudlu kəndi (Foto)

Oxşar xəbərlər
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930