Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)
Mьəllif: admin1
Tarix: 12-02-2018, 20:51
Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)

Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyəti və Muhəmməd Rəsulallah (s) məscidinin birgə təşkilatçılığı ilə Marneuli şəhərinin İmir kənd Muhəmməd Rəsulallah (s) məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi qeyd olundu.

Məclis Quran müəlliməsi olan Kərbəlayi Hafizə xanımın Quran tilavəti ilə açıq elan olundu.

Quran tilavətindən sonra çıxış üçün söz Kərbəlayi Esmira xanıma verildi. O öz növbəsində hz. Fatimənin (s.ə) Allah və Peyğəmbər (s) yanında uca məqamından danışdı və Eyni zamanda Əhli-beytə (ə) olan məhəbbəti Allah biz bəndələrin boynunda haqq olaraq qoyduğunu vurğulayıb.

Müsəlman xanımların iştiraki ilə keçirilən Əza məclisi Kərbəlayi Hafizə xanımın səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi.

Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı.



Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – İmir kəndi (Foto)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930