Müsəlman xanımlar Əza saxladılar (Foto)
Mьəllif: admin1
Tarix: 1-03-2017, 22:52
Müsəlman xanımlar Əza saxladılar (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan, Marneuli şəhərinin İmir kəndindəki Muhəmməd Rəsulallah (s) məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi qeyd olundu.

Məclis Quran müəlliməsi olan Kərbəlayi Lamidə xanımın Quran tilavəti ilə açıq elan olundu.

Quran tilavətindən sonra çıxış üçün söz Əhli-beyt (ə) cəmiyyətinin müəllimələrindən olan Kərbəlayi Esmira xanıma verildi. O öz növbəsində hz. Fatimənin (s.ə) Allah yanında uca məqamından və fəzilətlərindən danışdı.

Müsəlman xanımların iştiraki ilə keçirilən Əza məclisi Əhli-beyt (ə) cəmiyyətinin müəllimələrindən olan Kərbəlayi Hafizə xanımın səsləndirdiyi rozə və mərsiyyələrlə davam etdi.

Məclis dualar və məscidin möminləri tərəfindən təşkil olunmuş ehsan süfrəsi ilə yekunlaşdı.



Müsəlman xanımlar Əza saxladılar (Foto)
Müsəlman xanımlar Əza saxladılar (Foto)
Müsəlman xanımlar Əza saxladılar (Foto)
Müsəlman xanımlar Əza saxladılar (Foto)
Müsəlman xanımlar Əza saxladılar (Foto)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930