Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)
Mьəllif: admin1
Tarix: 7-02-2018, 21:54
Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün Gürcüstan Əhli-beyt (ə) cəmiyyətinin, həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Zeynəb (s.ə) qadınlar birliyinin və Zəhra xanım məscidinin birgə təşkilatçılığı ilə Marneuli şəhərinin Aşağısaral kəndinin Zəhra xanım məscidində Peyğəmbərin (s) əziz qızı, iki dünya xanımlar xanımı hz. Fatimeyi-Zəhranın (s.ə) şəhadəti münasibəti ilə əza məclisi qeyd olundu.

Məclis Əhli-beyt (ə) cəmiyyətinin müəllimələrindən olan Kərbəlayi Hafizə xanımın Quran tilavəti ilə açıldı.

Quran tilavətindən sonra çıxış üçün söz cəmiyyətin müəllimələrindən olan Kərbəlayi Emilya xanıma verildi. O öz növbəsində hz. Fatimənin (s.ə) şəhadətindən və əyyami-Fatimiyyə (s.ə) günlərinin əhəmiyyətli olmasından danışdı.

Müsəlman xanımların iştiraki ilə keçirilən Əza məclisi Kərbəlayi Hafizə Hz. Zəhranın (s.ə) həyatından götürüləcək örnəklərdən danışdı və O Xanımın (s.ə) şəninə səsləndirdiyi rozə və mərsiyyələrlə sona yetdi.

Məclis dualar və ehsan süfrəsi ilə yekunlaşdı.

Allah zəhməti keçənlərdən qəbul etsin. AMİN!


Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)
Müsəlman xanımlar Əza saxladılar – Aşağısaral kəndi (Foto)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031