İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Mьəllif: admin1
Tarix: 12-04-2017, 19:17
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
Ahlibeyt.ge xəbər verir ki, bu gün İman Müəsisəsinin və İmam Rza (ə) məscidinin birgə təşkilatçılığı ilə Algeti Sovxoz kəndinin İmam Rza (ə) məscidində Allahın vəlisi, Peyğəmbərin (s) vəsisi və möminlərin əmiri İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi.

Tədbirin aparıcısı Məşhədi Elşan Məmmədov öncə təbrik və qonaqları salamlamaq üçün sözü dəyərli ustad Hacı Namiq Hüseynova verdi. Ustad sözünün davamında buyurdu ki, İmam Əli (ə) bütün elmlər sahib idi və günümüzdə olan elmi inkişafların hər birini O, 1400-il bundan əvvəl bilirdi.

Tədbirin əsas xətibi Beynəlxalq Əl-Mustafa (s) universitetinin Gürcüstan Nümayəndəliyinin rəhbəri Hacı Davud Zarii Hz. İmam Əlinin (ə) Allah yanında olan uca məqamından, davranışlarından və misilsiz örnək xüsusiyyətlərindən söhbət etdi.

Sonra millət vəkili Ruslan Hacıyev mərasim iştirakçılarını təbrik edərək, çıxışında İmam Əlinin (ə) tarixdə əvəzsiz şəxsiyyət olduğunu qeyd etdi.

Tədbirin davamında dəyərli Əli Hoca və kənd ağsaqqalı Abullah Yusubov çıxış edərək qonaqları salamladı.

Sonda isə tədbirə dahada nuraniyyət qatmaq üçün Quran qarisi Hacı Anar Qurandan bir neçə ayə oxudu.

Əhli-beyt (ə) məddahı Məşhədi Ramin və Məşhədi Təhməz öz gözəl səsləri ilə Əhli-beytin (ə) şəninə şeir və qəzəl söylədilər.

Qeyd edək ki, tədbir bayram süfrəsi arxasında baş tutdu.

İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)

İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)

İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)
İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)

İmam Əlinin (ə) təvəllüdü münasibəti ilə tədbir keçirildi (Foto)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930