İmamın (ə.f) naibindən nəql olunmuş "İftitah" duası - Ramazan gecələri üçün
Mьəllif: admin1
Tarix: 2-04-2024, 11:06
İmamın (ə.f) naibindən nəql olunmuş "İftitah" duası - Ramazan gecələri üçün
“Dua” istəmək mənasındadır. Yəni insanın rəbbindən istəməsi. Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır.

Bu səbəbdən dua dərin bir etiqaddır, yüksək bir mərifətdir (tanımaqdır), bir təsdiqdir. Çünki insan dua vasitəsilə kimdən istədiyini, nə istədiyini bir daha qəlbi və dili ilə iqrar edir.

Böyük savaba və dərin mənəvi təsirə malik olan və oxunması cox tövsiyə olunan dualardan biri də "İftitah" duasıdır.

Bu münacat İmam Zamanın (ə) xüsusi naiblərindən biri olan Məhəmməd ibni Osman tərəfindən nəql olunub. Bu dua bir çox kitablarda, əsasən Seyyid ibni Tavusun İqbalul-Əmal əsərində yer alıb və mötəbər sənədə malikdir.

Şeyx Tusi də bu münacatı Misbahul-Muctəhid əsərində gətirib.

Bu dua Ramazan ayının axşamlarında oxunur. Əsasən Allahı tanıma və ona itaət etmək maarifinə malikdir. Münacatın sonunda elə bir mənalı ifadələr gəlib ki, digər dualar və hədislərdə yoxdur.

Münacatın sonunda bəndə Allahdan müsəlmanlara baş ucalığı gətirən və onlara şəxsiyyət verən eyni zamanda zalımları və kafirləri alçaldan bir islam hökumətinin olmasını diləyir.

Bu münacat o qədər əhəmiyyətlidir ki, tanınmış islam alimləri və tədqiqatçıları bu barədə şərhlər yazıblar.

Duanın mətni dua kitablarında mövcuddur.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930