Rəcəb ayında dua etməyin əhəmiyyəti – Maraqlı tarixçə
Mьəllif: admin1
Tarix: 26-03-2018, 12:19
Rəcəb ayında dua etməyin əhəmiyyəti – Maraqlı tarixçə
“Dua” etmək istəmək mənasındadır.

İnsanın rəbbindən istəməsi. Allah Təaladan dua edib istəmək üçün ilk öncə insanın Allaha və Onun qüdrətinə, görən və eşidən olmasına etiqadı olmalıdır.

Bu da o deməkdir ki, dua edib istəmək özü möhkəm bir etiqad tələb edir. Elə buna görə də Quranda dua edə bilməyənin Allah yanında heç bir dəyər, qiyməti olmaz buyurulur:

قُلْ مَا يَعْبَأُ بِكُمْ رَبِّي لَوْلَا دُعَاؤُكُمْ

“(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: Əgər duanız (ibadətiniz) olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?” (Furqan-77)

Dua etmək üçün hər bir vaxt münasibdir. Lakin hədis və alimlərin tövsiyələrinə əsasən elə vaxtlar vardır ki, bu vaxtlarda dua etmək daha münasib və uyğundur.

Məsələn oruc halında edilən dua, yaxud sübh və gecənin bir yarısı edilən dualar. Həmçinin cümə günündə və cümə axşamı gecəsi edilən duaları qeyd etmək olar.

Rəcəb ayı da bütünlüklə xeyir bərəkət dolu bir aydır. Rəcəb, şəban və ramazan ayları dua və ibadətlər üçün ən çox tövsiyə olunmuş aylardandır.

Rəcəb ayında dua etmək o qədər önəmli və diqqət çəkəndir ki, bunun izlərinə hətta İslamdan öncəki “cahiliyyət” dövründə də rast gəlmək olur.

Hətta o dövrdə insanlar rəcəb ayında bir-birinə bəddua və nifrin etməkdən çox qorxar, biri digərinə zülm etdikdə zülm olunan onu rəcəb ayında nifrin edəcəyi ilə təhdid edərdi. İslamdan öncəki dövr insanları rəcəb ayında edilən nifrin və bədduadan çox qorxardılar.

Ayətullah Haqqşünas bu mətləbə toxunaraq belə buyurur:

“Rəcəb ayında dua etmək müstəhəbdir. Xüsusən də zalımların əleyhinə edilən dua.

Hətta cahiliyyət dövründə də camaat rəcəb ayında bu işi görər, onlara zülm edən zalimə bu ayda nifrin edərdilər. Hətta onlar bu işi təxirə salıb, xüsusən rəcəb ayına saxlayardılar.

Çünki onlar rəcəb ayında duaların qəbul olacağı etiqadına sahib idilər.Əgər biri digərinə bir pislik edərdisə , zülm olunan deyərdi – “Dua et ki rəcəb ayı deyil!” (Yəni nifrinim səni tutar, səni məhv edərdi).

Onlar rəcəb ayına bu qədər əhəmiyyət verirdilər.

Elə isə siz də (dualarınızın qəbul olacağına) bu qədər əmin olun!”

(Ze-mulk ta mələkut kitabı)


(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930