Ayətullah Xameneinin dilindən Rəcəb ayının əhəmiyyəti
Mьəllif: admin1
Tarix: 20-04-2015, 15:54
Bцlmə: Xəbərlər
 Ayətullah Xameneinin dilindən Rəcəb ayının əhəmiyyəti

Qafil ürək şeytanın hücumlarına məruz qalar. Hər nə zaman şeytan insanın can və ürəyinə hakim olsa dünyada şər və fəsad meydana gələr. Aləmdəki hər cür şər və fəsadla mübarizə etmənin dərin və doğru yolu Allahla əlaqə yaratmaq və şeytanın nüfuz və suverenliyindən ürək və canı toxunulmaz etməkdir. Əgər şeytan beynəlxalq cəmiyyətdə böyük təsirləri olan insanların ürəklərinə müsəllət olmasaydı, dünya dinclik və sülh içində olar və insanlar təhlükəsizlik və salamatlıq içində yaşayardılar. Bəşərin bütün səfalət və çətinliklərinin qaynağı Allahdan uzaq olmaqdır. Bu səbəbdən İslamda uca Allahla əlaqə yaratmaq üçün xüsusi fürsətlər müəyyən edilmişdir. Bu fürsətlərdən biridə "Rəcəb" ayıdır.


Rəcəb ayının qədrini bilin. Bu ay üçün zikr edilən duaların hamısı dərsdir. Yalnız ağız danışığı deyil. Bu duaları ürək rahatlığı və mənasının dərinliklərinə təvəccöhlə ürək və dillərinizdə hakim edin. Əgər müsəlman bir insan Rəcəb ayında və daha sonra Şaban ayında uca Allahla olan əlaqəsini hamar və daha yaxın etsə, Ramazan ayına hazırlıqlı girmiş olar. O zaman Ramazan ayı "İlahi ziyafət" olar. İnsan hazır olmalı və daha sonra ziyafətə girməlidir. "əvvəl təmizlən..."


İnsan, bu təmizliyi Rəcəb və Şaban ayında etməlidir ki Ramazan ayında ilahi süfrənin başında otura bilsin. Və o süfrədən nemət əldə edərək feyzlənə bilsin. Əgər Ramazan ayından zövq alsaq, o zaman əməl, əxlaq, qabiliyyət və fikirlərimizdə irəlilədiyimizi özündə göstərər. Özümüz özümüzü ölçər və müqayisə edərik və irəlilədiyimizi yoxlayarıq. Bizlər bu imtahanları etməməkdə və sonra çətinlik və problemləri öz bədənimizdə və cəmiyyətimizdə görməkdəyik.

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930