Allahla münacatın yolları imam Səccadın (ə) kəlamında
Mьəllif: admin1
Tarix: 16-05-2021, 10:52
Allahla münacatın yolları imam Səccadın (ə) kəlamında
İmam Səccadın (ə) dövrü daha çox təzyiqlər dövrü olduğundan imam öz təbliğatını əsasən dualar və münacatlar vasitəsilə aparırdı.

Onun münacatları əsasən Səccadiyyə Səhifəsi əsərində toplanmışdır. İmama mənsub olan “Munacat Xəmsət-Əşər” “İkinci Səhifət Səccadiyyə” adlı əsərdə toplanmışdır.

“Munacat Xəmsət-Əşər” 15 zümrənin Allahla fərqli münacatıdır.

Əllamə Məhəmməd Təqi Məclisi buyurur ki, Allaha seyri-süluk etmək istəyən şəx hökman bu münacatları oxumalıdır.

Seyyid Əli Təbatəbainin şagirdləri ustadlarının dilindən nəql edirlər ki, o, həmişə bu münacatları oxuyar və deyərdi ki bu münacatlar səbəbindən onun qəlbi nuraniləşib.

Seyyid Əli Təbatəbai bildirib ki hacətlər və istəklərin qəbul olmasında bu 15 münacatın təsirli olmasını dəfələrlə təcrübə etmişəm.

Şiə alimlərindən 7-i bu 15 münacata şərh yazaraq mühüm əsərlər cəmiyyətə təqdim etmişlər.

İmam Zeynul-Abidinin (ə) 15 münacatı bunlardır:

1- Tövbəkarların münacatı

2- Şikayətçilərin münacatı

3- Allahdan qorxanların münacatı

4- Ümidvarların münacatı

5- Rəğbət edənlərin münacatı

6- Şükür edənlərin münacatı

7- İtaətkarların münacatı

8- Müridlərin münacatı

9- Sevənlərin münacatı

10- Allaha vasitə axtaranların münacatı

11- Ehtiyaclıların münacatı

12- Ariflərin münacatı

13- Zikr edənlərin münacatı

14- Allaha sığınanların münacatı

15- Zahidlərin münacatı

Alimlər bildirir ki möminlər və inanclılar yuxarıda qeyd edilən zümrələrə şamil edilirlər. İnanclılar öz daxili aləmində Allahla rabitədə hansı çətinlikləri və hansı şeytani vəsvəsələləri yaşadıqlarını bilirlər.

Hər bir zümrə öz mənəvi boşluqlarını nəzərə alaraq onun mənəvi aləminə aid olan bu münacatlardan birini rahat şəkildə seçə və onu oxuya bilər.

Alimlər bu münacatların oxunması üçün xas günlər qeyd etsələr də onların bütün zamanlarda oxunması insaya zəngin fayda verəcəkdir.

Bu münacatlar şamil olduğu irfani, və ali mənəvi fikirlərə görə Allaha tapınmaq istəyən hər bir şəxs üçün açar dualardandır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930