“Ümidsiz insan heç bir şey istəməz. Ona görə də dua – yəni ümid...” – Ayətullahul-üzma Seyyid Əli Xameneyinin Ramazan ayı ilə bağlı nəzərləri
Mьəllif: admin1
Tarix: 28-06-2016, 00:22
Bцlmə: Xəbərlər
“Ümidsiz insan heç bir şey istəməz. Ona görə də dua – yəni ümid...” – Ayətullahul-üzma Seyyid Əli Xameneyinin Ramazan ayı ilə bağlı nəzərləri
Ayətullahul-üzma Seyyid Əli Xameneyinin Ramazan ayının orucu ilə bağlı nəzərlərindən belə nəticəyə gəlmək olur:
1. Quran tilavəti məclislərini təşkil etməyə diqqət göstərmək.
2. Özünü iman və əxlaq cəhətdən tərbiyə etmək.
3. Cəmiyyətin müxtəlif təbəqələrini qonaq çağırmaq. Onların nəzərlərinə diqqət etmək və onlarla söhbət etmək.
4. Oruc tutanların məclisində iştirak etmək və camaat namazı qılmaq.
5. Qədr gecələrinə və İmam Əlinin (ə) şəhadət əyyamına diqqət etmək.
6. Qüds günü.
Ali dini Rəhbər (r) buyurur: “Ramazan ayını qənimət bilin. Bu gündüzləri oruc, gecələrini isə zikr və dua ilə keçirin. Dua fəsli də həmin mübarək aydır. Sizin dua ilə rabitəniz Allahla olan – qəlbi rabitənizdir. Dua – yəni istəmək və Allahı çağırmaq. İstəmək, yəni ümidvar olmaq. O zamana qədər ki, ümidiniz yoxdur, Allahdan heç nə istəməzsiniz. Ümidsiz insan heç bir şey istəməz. Ona görə də dua – yəni ümid. Dua ümidlə olarsa, həyata keçər. Duanın yerinə yetməsinə olan ümid, qəlbləri məşəl edər və nurani edər. Duanın bərəkəti ilə cəmiyyət sevincli və hərəkət əhli olar”.
“Bu ay – Quranın baharıdır. Qurana yaxın olmaq İslam mərifətini zehnimizdə daha güclü və dərin edər. İslam cəmiyyətinin bədbəxtliyi Qurandan və həqiqətlərdən uzaq olmasına görədir. O müsəlmanlar ki, oruc tutmağın ədəbini Quranda başa düşmürlər, onunla yaxın deyildirlər – vəziyyətləri məlumdur. Hətta o kəslər ki, Quranın dili onların dilidir – onu başa düşmürlər, Quran ayələri haqqında düşünməyirlər. Əgər Quran ayələri haqqında təfəkkür etsək, iradə və mətanətimiz daha güclü və daha çox olar. Bu, həmin Qurandır ki, insanları tərbiyə edə bilmişdir. Ümid edirəm ki, günü-gündən Qurana və Quranın həqiqətlərinə daha yaxın olarsınız”.
“Ramazan ayı – dua ayıdır və təqvanı artırmaq ayıdır. Elə bir aydır ki, biz gərək ibadət, Allaha diqqətin bərəkətinə görə ruhi və mənəvi qüvvə əldə edək. Ümid edirəm ki, xalq keçmişdəkilərin təcrübəsini əldə edərək, aralarında olan həmkarlığın qədrini bilsinlər. Onu bacardıqları qədər çox etsinlər. İnsanlar bir-biri ilə mehriban olsunlar və bir-birinə yardım etmək üçün tələssinlər. Xüsusilə də bu əyyamda yoxsullara yardım etmək üçün tələssinlər. O kəslərin ki, varıdır, olmayanlara yardım etsin. Bu həmkarlıq ruhu qədimi bir sünnətdir və İslam dininin ali göstərişlərindəndir. Onu qoruyaq, xüsusilə də Ramazan ayında ona daha çox əhəmiyyət verək. İnsanların dostluq ruhiyyəsi – fədakarlıq və və başqaları haqqında düşünmək – elə bir ruhiyyədir ki, millətimizi bu hərəkətin nəticəsinə gətirib çıxardacaqdır”. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930