Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsi
Müəllif: Admin
Tarix: 23-03-2020, 10:17
Övlad istəyənlər üçün Qurani-Kərimdən gözəl bir dua nümunəsi
Qurani-Kərim Rəbbimizin bizə bir lütfü, hədiyyəsi, rəhmətidir. Bütün bunlar, hətta daha artığı Quranda mövcuddur.

Çünki İlahi Kitab insan həyatının bütün sahələrini əhatə edir. Ola bilsin indi bunun hamısını görə bilmirik. Amma zaman təcrübəsi bunun həqiqət olduğunu təsdiq edir.

Bu ilahi maarifdən biri də Quranın insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz.

Qurni Kərim bir neçə dua nümunəsi göstərib ki, bunlardan biri də Allahdan xeyirli övlad istəməkdir. Quran bu duanı Həzrət Zəkəriyyaın (ə) dilindən zikr edir.

Hz. Zəkəriyya (ə) peyğəmbər yaşının çox olmasına baxmayaraq hələ övlad sahibi deyildi. Quranın buyurduğuna görə o Həzrət (ə) bu cür dua edir və Allah Təala duasını qəbul edib ona (ə) Hz. Yəhya peyğəmbəri (ə) bəxş edir:

رَبِّ لَا تَذَرْنِي فَرْدًا وَأَنْتَ خَيْرُ الْوَارِثِينَ

“Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan!”

(Ya Rəsulum!) Zəkəriyyanı da (yada sal)! Bir vaxt o: 'Ey Rəbbim! Məni tək (kimsəsiz, varissiz) buraxma. Sən varislərin ən yaxşısısan! (Bütün məxluqat yox olar, ancaq Sən qalarsan!)' – deyə yalvarıb Rəbbinə dua etmişdi. (Ənbiya-89)

Bu duanı hər vaxt oxumaq olar, xüsusən namazlardan sonar. Amma xüsusi vaxt olaraq hədislərdə cümə namazından sonar oxunması tövsiyə olunub.
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930