Əxlaqlı qadınlar İlahi nemətdir
Mьəllif: admin1
Tarix: 26-08-2022, 15:54
Əxlaqlı qadınlar İlahi nemətdir

Saleh əməlli möminə həyat yoldaşı Allah Taalanın insana bəxş etdiyi nemətlər içində Əhli-beyt nemətindən sonra ən böyük nemətdir.

Qadınların məqamı Allah Taala yanında çox yüksəkdir.

Allah Taala 3-cü Ali İmran surəsinin 37-ci ayəsində buyurur:

كلُّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِندَهَا رِزْقًا قَالَ يَامَرْيَمُ أَنىَ لَكِ هَاذَا قَالَتْ هُوَ مِنْ عِندِ اللَّهِ إِنَّ اللَّهَ يَرْزُقُ مَن يَشَاءُ بِغَيرْ حِسَاب

"Zəkəriyya hər dəfə (Məryəmin) ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya:) "Ya Məryəm, bunlar sənin üçün haradandır?" - dedikdə, o: "Allah tərəfindəndir!" - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər."

Zəkəriyya peyğəmbər xanım Məryəmin belə bir məqama malik olduğunu gördükdə qərara gəldi ki, illərlə arzusunda olduğum duanı əgər Məryəmin yanında Allah Taaladan istəsəm, o dua qəbul olacaq və mən arzuma qovuşacağam.
.
Odur ki, Qurani-Kərim Ali İmran surəsinin 38-ci ayəsində buyurur:

هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ قَالَ رَبِّ هَبْ لىِ مِن لَّدُنكَ ذُرِّيَّةً طَيِّبَةً إِنَّكَ سمَيعُ الدُّعَاءِ

"Bu zaman Zəkəriyya Rəbbinə dua edərək dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!"
.
Allah Taala həzrət Zəkəriyya peyğəmbərin duasını qəbul etdi və ona Yəhya adlı övlad bəxş etdi.

Görün möminə qadın Allah Taala yanında nə qədər böyük məqama malikdir ki, onun yanında dayanıb dua etdikdə Allah Taala həmin duanı qəbul edir.

Bəli, İslam dininin qadınlara verdiyi dəyər və qiyməti dünyanın heç bir məktəbi verməyib.
.
Həzrət Mühəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur: "Ey qadınlar! Sizin yaxşılarınız kişilərin yaxşılarından daha tez Cənnətə daxil olacaq." Kənzul ummal 16-cı cild 371-ci səhifə
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur: "Qadınlara yalnız alicənab və kəramətli kişilər ehtiram edərlər, Və yalnız alçaq və səviyyəsiz kişilər qadınları təhqir edərlər." Kənzul ummal 16-cı cild 371-ci səhifə
.
Həzrət Muhəmməd səllAllahu əleyhi və alihi və səlləm buyurur: "Xeyir və bərəkətlərin ən çoxu qadınlardadır." Vəsailüş-şiə 16-cı cild 11-ci səhifə
.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: "Cənnətin əhalisinin çoxu qadınlar olacaq." Rövzətul muttəqin 8-ci cild 515-ci səhifə

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031