Duaların qəbul olunması üçün bu deyilənlərə diqqət etmək zəruridir – İmam Zeynul-abidin (ə)
Mьəllif: admin1
Tarix: 15-02-2018, 10:16
Duaların qəbul olunması üçün bu deyilənlərə diqqət etmək zəruridir – İmam Zeynul-abidin (ə)
Qurani Kərim həm maarifləndirici, həm də ruha qida verən bir kitabdır.

Bu ilahi kitabın maarifləndirmə xüsusiyyətlərindən biri də insana rəbbi ilə dua ədəbinin, dua mərifətinin öyrətməsidir. Bəli duanın əsas şərti dua mərifətinə sahib olmaqdır. İnsan dua ilə həm özünü, həm də rəbbini tanıyır. Çünki insan özünə və rəbbinə mərifət və agahlıq tapmadıqca qəlb və dil duaya gəlməz:

Rəbbiniz buyurdu: 'Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər! (Gafir-60).

Qurana əsasən dua özüdə bir növ ibadətdir. Həm də əməli ibadətlərdən hasil olmuş qəlbani, ruhani bir ibadət. Çünki insan elm, əməl, müəyyən zikr və ibadətlərin təsiri nəticəsində əldə etdiyi agahlığla Allahın bəndəsi olduğunu, bir sözlə ona möhtaclığını dərk edir. Nəticədə bu dərk onda dua halını formalaşdırır.

Bu qəlbi halətin yaranması, dua və istəklərinin hasil olması, ibadət və itaətlərinin qəbul olması üçün insan bir neçə mühüm amillərə diqqət etməlidir.

İmam Zeynul-abidin (ə) duanın qəbul olunmasına maneə olan əsas amilləri nəzərə çatdıraraq belə buyurur:

1 - Pis niyyət (İnsan istədiyi bir şeyi gərək xeyirli bir şey üçün istəsin)

2 – Batini napaklığ (İnsanın niyyətinin və mənəviyyatının dürüst olmaması)

4 – İnsanın fitnə, nifaq, ikiüzlülük kimi xüsusiyyətləri

5 – Gündəlik namazları vaxtında qılmamaq (( İmam (ə) vaxtında qılmamaq buyurab, nəinki qılmamaq!))

6 – Ehsan və sədəqələri tərk etmək (Ehsan təcə ehsan süfrəsindən ibarət deyil, hər cür yaxşılıq ehsandır. Hətta bir təbəssüm belə ehsan və sədəqədir)

7 – Pis sözlərdən istifadə etmək (Hər cür nalayiq söz pis sözdür –yalan, böhtan, təhqir, iftira, qeybət, söyüş! Təbii ki bu cür sözlər işlədən dil duaya gəlməz, gəlsə belə duası eşidilməz!)

(Vəsailuş-şiə. Cild14/ səh-281) (Bihar 73/ səh-375)



(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930