Həftənin hər günün öz gündəlik zikrləri
Mьəllif: admin1
Tarix: 1-03-2020, 23:51
Həftənin hər günün öz gündəlik zikrləri
Zikr sözü lüğətdə xatırlamaq, yada salmaq mənasındadır. İstilah və işlənmə yeri isə bir dini termin olaraq Allahın xatırlanması kimi işlədilir.

Zikir bir neçə cür baş tutur:

Təfəkkür formasında olan zikir- Bu zikir düşünmək, araşdırmaq, yada salmaq kimi səciyyələnir ki, əsəsən zehnin məhsuludur. İnsan bu növ zikirlə haqqı batildən ayırır.

Qəlb zikri- Bu növ zikrə qəlbi bağlılığ da deyilir. İnsan öz rəbbinin əzəmətini qəlbən hiss edir. Yeganə bu zikrdir ki, insan onu başqaları ilə paylaşa bilmir.

Dil zikri- Bu növ zikr ümümi zikr də adlanır. Dil zikri ayə və hədislərdə tövsiyyə olunmuş kəlimələri dilə gətirməklə etmək olunur. Bu növ zikirlər həm də insan üçün açar rolunu oynayır.

Gündəlik zikir deməyə adət edən insan tədricən öz həyatında bu zikrlərin müsbət təsirini görməyə başlayır.

Bu növ tövsiyyə olunmuş zikrlər insan mənəviyyatının paklaşmasında və gündəlik yaşam tərzində əvəzsiz rola malikdir. Xüsusən də həftənin gündəlik zikirləri. Yaxşı olar ki, bu zikirlər hər gün 100 dəfə deyilsin:

1-ci gün: Ya Qadyəl hacət
یا قاضِیَ الْحاجات

2-ci gün: Ya Ərhəmər-rahimin
یا اَرْحَمَ الرّاحِمین

3-cü gün: Ya Həyyu ya Qəyyum
یا حَیُّ یا قَیّوم

4-cü gün: La ilahə illəllahul məlikul haqqul mubin
لا اِلهَ اِلّا اللهُ الْمَلِکُ الْحَقُّ الْمُبین

5-ci gün: Allahummə səlli alə Muhəmmədin və ali Muhəmməd əccil fərəcəhum
اَللّهُمَّ صَلِّ عَلی مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ

6-cı gün: Ya Rəbbəl aləmin
یا رَبَّ الْعالَمین

7-ci gün: Ya zəl cəlali vəl ikram
یا ذَالْجَلالِ وَالْاِکْرام

Qeyd etdiyimiz hər üç növ zikr bir yerdə uyğunluğ, həmahənglik təşkil edərsə bu insan mənəviyyatı üçün daha təsirli, daha xeyirli olar.


Y.Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930