Möminlərə xatircəmlik və aramlıq bəxş edən zikr
Mьəllif: admin1
Tarix: 25-05-2022, 11:22
Möminlərə xatircəmlik və aramlıq bəxş edən zikr
Zikr Mütəal Allahın yad olunması mənasındadır. İstər bu iş qəlblə olsun, yaxud dil ilə olsun.

Zikr həm Allah Təala yanında, həm də momunlərin yanında ən gözəl, ən qiymətli işlərdən hesab olunur. Xüsusəndə momunlərin qəlbinin şadlıq və rahatlıq vasitəsidir.


"O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!” (Rəd-28)

Zikr etmək ümumi mənada olan anlayışdır. Zikir gündəlik vacıbatlara, ibadətlərə, haramdan çəkinməklərə və başqa bütün ilahi buyuruqlara şamil olunur. İnsanın zikir etməsi əzalarını və qəlbini Allaha bağlaması deməkdir.

Mərhum Ayətullah Musəvi Xomeyni buyurur: "Baxmayarq ki həqiqi zikir qəlbə aiddir ən gözəl zikir o olar ki, qəlbdə olan zikir dillə, bütün əzalarla həmahənglik təşkil etsin. Ən əfzəl və ən kamil zikir odur ki, insanın bütün əzalarından nəşət tapıb, onlarda seyr eləsin.

Bütün zahir və batinində cari eləsin. Dil zikri də bəyəniləndir, çünki bu növ zikir də insanı həqiqətə çatdırır. Bu üzdəndir ki, rəvayətlərdə dil zikri də böyük mədhlə tərif edilmişdir.”

Qurani-Kərim buyurur: "Ey iman gətirənlər! Allahı çox zikr edin!" (Əhzab-41)

Allah Rəsulu (s) qiyamətdə insanların ən ustun məqama sahib olanı kim olacaq sualına " Ən çox zikir edənlər” deyə cavab verib.

Təbərisi Məcməul Bəyanda çox zikr etməyin açıqlamasında qeyd edir ki, "İnsan hər bir halda Sübhanəllah, Əlhəmdulillah, Lailahə illəllah və Allahu Əkbər deyə bilsin.” Yəni insan bütün hallarında rəbbini bu sifətlərlə xatırlasa daim zikr halında olmuş olur.

Hər bir kəs rəbbini çox zikr etməlidir. Fərqi yoxdur qəlbi ilə olsun, yaxud dili ilə olsun. Çünki hər ikisi insanı rəbbinə götürməyə xidmət edir. Zikirlərin ən üstünü isə qəlbin və əzaların hamısı ilə, bütün vücudu ilə olan zikirdirki, bütün alim və ariflər bunu təsdiq edirlər.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930