Zikri-kəsir nədir? Necə tələffüz olunur?
Mьəllif: admin1
Tarix: 16-08-2020, 08:53
Zikri-kəsir nədir? Necə tələffüz olunur?
Allah Təala ilə aşiqcəsinə rabitə qurmağın yollarından biri zikrdir. Allah Təala Öz bəndələrini bu əmələ dəvət etmiş və buyurmuşdur: “Ey iman gətirənlər, Allahı çox zikr edin!”. (“Əhzab” 41).

Bəs bu ayədə adı çəkilən Allahı çoxlu zikr etmək nədir?

Həzrət Peyğəmbərə (s) sual verirlər ki, Qiyamət günü hansı insan ali məqama malik olacaqdır? Həzrət (s) cavab verir ki, o kəslər ki, Allahı çoxlu zikr edirlər.

Təfsirçilərin yuxarıdakı ayə ilə bağlı bir neçə nəzərləri vardır ki, onlarla tanış olaq və zikri-kəsirin nə olduğunu öyrənək.

1. Bəndə heç bir zaman Allahı unutmasın və burada məqsəd – qəlb diqqətidir. Mömin hər bir halda və hər bir zamanda Allah Təalanı yada salmalıdır. Çünki dil zikri həmişə daimi olmur.

2. Zikri-kəsir odur ki, insan Allahın gözəl adlarını və sifətlərini də yada salsın.

3. Zikri-kəsir odur ki, hər bir halda desin:

"Subhənallahi vəlhəmdulilləhi və lə iləhə illəhu vəllahu əkbər".

4. Nə zaman bəndə gecə və gündüz yüz dəfə Allahı yada salarsa, zikri-kəsir etmiş olar.

5. İmam Sadiqdən (ə) soruşurlar ki, zikri-kəsirin ən azı nə qədərdir? Buyurur: “Hər bir namazdan sonra 30 dəfə təsbihi demək”.

6. Həzrət Zəhranın (s.ə) təsbihidir. Yəni, hər kim bu təsbihi deyərsə, o kəslərdən olar ki, Allahı çoxlu zikr etmişdir.

İbni Abbas nəql edir ki, Allahın təyin etdiyi hər bir qayda və qanunun həddi vardır. Üzrlü olan zaman insandan götürülər. Ancaq Allah zikrinin heç bir həddi və hüdudu yoxdur. Ona görə də zikri-kəsirin mənası genişdir. Saydığımız hər bir variantı əhatə edə bilər.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930