Allahın bəndədən ən çox eşitmək isdətiyi zikr
Mьəllif: admin1
Tarix: 21-01-2021, 21:05
Allahın bəndədən ən çox eşitmək isdətiyi zikr
Zikr sözünün mənası xatırlamaq və yada salmaq deməkdir. Terminoloji mənada isə dini mənbələrdə müstəhəb buyurulan və Allahı təqdis və mədh edən kəlamlara deyilir. Qüdsi hədisdə buyurulur ki məni yada salın ki mən də sizi yada salım.

İnsan zikr etməklə (Allahı yada salmaqla) həmişə pərvərdigarın xatirində olur. Zikrin ikinci faydası qəlbin nuranu olmasıdır. Qəlbin aramlığı və gərginlikdən uzaq qalmaq zikr etməyin üçüncü faydasıdır.

İnsanın bəsirətinin artması, Allah xofunun qəlbdə formalaşması, Hikmət sahibi olmaq, günahların bağışlanması, Allaha zikr deməyin (anlayaraq zikr demək) digər təsirlərindəndir.

Bəs Allahın daha çox insandan eşitmək istədiyi zikr hansıdır?

Müslim Səhih əsərində Məhəmməd Peyğəmbərin səhabəsi Əbuzərdən bir hədis nəql edir.

Hədisdə deyilir:

“Əbuzər deyir: Peyğəmbər mənə buyurdu: İstəyirsən ki Allahın ən çox sevdiyi (daha çox eşitmək istədiyi) kəlamı sənə deyim?!. Bil ki Allahın ən çox sevdiyi kəlmə budur: Subhənəllahi və bihəmdihi”


Allahın ən çox bəyəndiyi zikr haqda İmam Sadiqdən də hədis vardır ki orada, təhlil kəlməsi “ La İlahə İlləllah” olduğu qeyd edilir.

Ümumiyyətlə zikrlər arasında ən üstünləri bunlardır:

1- Təsbihati –Ərbəə (Dörd zikr) : Sübhənallah vəl- Həmdu lillah və la İlahə illəllah vəllahu Əkbər.

2- Təsbih : “Subhənallah”

3- Təhlil: “ La İlahə illəllah”

4- Təhmid: “ əl-Həmdu lillah”

5- La-Həula və la quvvətə illa billah

6- İstiğfar zikri: “Əstəğfirullahı və ətubu iləyhi”


islaminsesi\
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031