ABŞ-ın Ərbəin təlaşı
Mьəllif: admin1
Tarix: 26-09-2019, 09:54
Bцlmə: Xəbərlər
ABŞ-ın Ərbəin təlaşı
ABŞ-ın Bağdaddakı səfirliyi İmam Hüseyn (ə) Ərbəininin yaxınlaşması ilə İraq şəhərlərində partlayışın ola biləcəyini bildirib və ABŞ vətəndaşlarından bu ölkəyə səfər etməmələrini tələb edib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Bağdaddakı ABŞ səfirliyinin yaydığı açıqlamada, Ərbəin mərasimində minlərlə zəvvarı qarşılamağa hazırlaşdığı üçün İraqda bir partlayışın ola biləcəyi bildirilib.

Səfirlik sentyabrın 24-ü axşam bölgədəki son hadisələrlə əlaqədar qısa bir açıqlama ilə xəbərdarlıq edib və İraqdakı bütün ABŞ vətəndaşlarını ayıq olmağa dəvət edib.

Səfirlik öz saytında böyük şəhərlərdə, xüsusən də gecə saatlarında partlayışların olacağını açıqlayıb və ABŞ vətəndaşlarının hədəfə alına biləcəyini qeyd edib.

ABŞ səfirliyi, həmçinin vətəndaşlarına İraqa getməməyi və səyahət edərkən izdihamlı yerlərdə toplaşmamağı tövsiyə edib.

Xatırladaq ki, ABŞ səfirliyinin yerləşdiyi Bağdadın Yaşıl Bölgəsinə bazar ertəsi üç katyuşa raketi ilə hücum olmuşdu. Təhlükəsizlik mənbələrinə görə, iki raket səfirliyin yaxınlığına, üçüncü bir raket isə Dəclə çayına düşmüşdü.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930