Yəmən ordusu Səudiyyə rejiminin strateji obyektlərini darmadağın etdi
Mьəllif: admin1
Tarix: 17-01-2018, 22:45
Bцlmə: Xəbərlər
Yəmən ordusu Səudiyyə rejiminin strateji obyektlərini darmadağın etdi
Yəmən ordusunun raket qüvvələri yanvarın 17-si Nəcranın Yaşıl bölgəsindəki Səudiyyə rejimi ordusunun Əməliyyatlar Mərkəzini orta mənzilli Qahir 2M ballistik raketilə hədəfə alıb.

Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmənin raket qüvvələrindən bir mənbə buraxılan ballistik raketin Səudiyyə rejiminin ordusunun Nəcran limanındakı əməliyyatlar mərkəzinə dəqiq bir şəkildə vurduğunu və bu mərkəzin darmadağın olduğunu bildirib. Bu 2018-ci il daxil olandan Yəmən qüvvələrinin Səudiyyə rejimini hədəfə alan 5-ci ballistik raket olub.

Yəmən ordusunun raket qüvvələri yanvarın 16-sı da Səudiyyə rejiminin Cizan hava limanına qısa məsafəli ballistik raket atmışdı.

Raket qüvvələrindən olan bir mənbə, ballistik raketin hədəfi dəqiq bir şəkildə vurduğunu deyir.

Cizan şəhərinin əhalisi Cizan regional hava limanına düşən ballistik raketdən sonra şiddətli bir partlayiş səsi eşitdiklərini bildiriblər.

Yəmən ordusunun raket qüvvələri, həmçinin Səudiyyən rejiminin ordusunun Asir əyalətindəki artilleriya bazasını Katyuşa raketlərilə vuraraq, darmadağın edib.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930