Ayətullah Sistaninin sözçüsü Ərbəin üçün təhlükəsizliyə xüsusi diqqət istədi
Mьəllif: admin1
Tarix: 28-10-2017, 21:25
Bцlmə: Xəbərlər
Ayətullah Sistaninin sözçüsü Ərbəin üçün təhlükəsizliyə xüsusi diqqət istədi
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Sistaninin sözçüsü Ayətullah Əhməd Əl-Safi İmam Hüseynin (ə) mütəhhər hərəmindəki cümə namazı xütbəsində, İŞİD terror təşkilatı üzərində qəti qələbə üçün ümidlərini qeyd edərək, Ərbəin ziyarətçilərinə qarşı terrorçu hücumları barədə xəbərdarlıq edib.

Deyerler.org Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Əhməd Əl-Safi cümə xütbəsində Ərbəin atmosferinin qorunmalı olduğunu vurğulayaraq, döyüş meydanından qaçan terrorçular tərəfindən Ərbəin zəvvarlarının karvanlarının hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib: “İnsanlar Allaha təvəkkül edərək, Seyiduş-Şühədanın (ə) ziyarətinə getdiyi vaxt bu ziyarətin əcrini (mükafatını) əldə etmək üçün bu səfərin kədər və qəm-qüssəsini də içində hiss etməlidir. Bu hadisənin əhəmiyyəti və daşıdığı ali əxlaq üzərində düşünmək lazımdır. Çünki İmam Hüseyn (ə) planı və yoldaşlarını diqqətlə seçərək, təşkil etdi və böyük bir uğur və qurtuluşa nail oldu. Biz o Həzrətin qurtuluşunun yalnız bir hissəsini başa düşürük”.

Ayətullah Seyid Əli Sistaninin sözçüsü bəzi ərazilərdə boşluqların olduğunu və döyüş meydanında məğlub edilən bəzi terrorçuların da bu yerlərə sığındıqları barədə xəbərdarlıq edib. O, zəvvar karvanları üzrə məsullardan Ərbəin ziyarətçilərinə qarşı istənilən hücumun qarşısını almaq üçün ən yüksək təhlükəsizlik həssaslığını göstərmələrini istəyib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930