Şimali Koreya lideri: “Sonuncu raket sınağı ABŞ və Cənubi Koreyaya birbaşa xəbərdarlıq idi”
Mьəllif: admin1
Tarix: 7-08-2019, 13:28
Bцlmə: Xəbərlər
Şimali Koreya lideri: “Sonuncu raket sınağı ABŞ və Cənubi Koreyaya birbaşa xəbərdarlıq idi”
Şimali Koreyanın lideri Kim Çen In sonuncu ballistik raket sınaqları barədə açıqlama verib.

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın məlumatına görə, Kim Çen In sonuncu raket sınaqlarının ABŞ və Cənubi Koreyaya birbaşa xəbərdarlıq olduğunu bildirib.

Sınaq zərbəsinin tələb olunduğu kimi qənaətbəxş şəkildə yerinə yetirilməsini yüksək qiymətləndirən Kim Çen In, hərbi əməliyyatın ABŞ və Cənubi Koreya administrasiyaları tərəfindən hazırda həyata keçirilən birgə hərbi təlimə uyğun bir xəbərdarlıq göndərmək üçün bir fürsət olacağını söyləyib.

Yonhap agentliyinin xəbərinə görə, Cənubi Koreyanın baş qərargah rəisi açıqlama verərək, Şimali Koreyanın avqustun 5-i yerli vaxtla saat 05:24 və 05:36 dəqiqələrində Cənubi Huanqci bölgəsindən Şərq dənizinə (Yapon dənizi) qıs mənzilli raketlər atdığını bildirmişdi.

Açıqlamada təqribən 37 kilometr yüksəkliyə çatan raketlərin 450 kilometrə yaxın məsafəyə getdiyi bildirilib.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930