Hicab dünyanı fəth edir
Mьəllif: admin1
Tarix: 11-09-2019, 20:34
Bцlmə: Xəbərlər
Hicab dünyanı fəth edir
Son on ildə bütün dünyada ənənəvi müsəlman qadın geyimləri - hicab getdikcə məşhurlaşır.

Maide.Az "islamnews"a istinadla xəbər verir ki, əlbəttə ki, qadınların ənənəvi olaraq hicab geyindikləri ölkələrdən danışmırıq, söhbət hələ bir neçə il əvvəl hicablı qadın görmə ehtimalının demək olar ki sıfır olduğu ölkələrdən gedir.

Hicabın populyarlığı o qədər sürətlə artmağa başlayıb ki, Dolce & Gabban, Uniqlo, Modanisa kimi böyük dünya markaları müsəlman qadın geyimlərinin kolleksiyalarını yaratmağa başlayıblar. Moda dizaynerləri qlobal tendensiyaları, həmçinin müştərinin əhval-ruhiyyəsindəki kiçik dəyişiklikləri belə əldən verməməyə çalışırlar.

Son illərdə Avropa və Amerika şəhərlərinin küçələrində hicab taxan qadınların sayı sürətlə artmağa başlayıb. Əvvəllər yalnız müsəlman ölkələrinin fərqləndirici cəhəti olan hicab indi Avropa və Amerika mağazalarında və podiumlarında görünməyə başlayıb.

İlk vaxtlar Avropa ölkələrinin sakinləri şəhərlərdə hicablı qadınların getdikcə çoxalmasından narazılıqlarını bildirirdilər. Lakin zaman keçdikcə müsəlmanlar ictimai rəyi hicab lehinə dəyişməyə müvəffəq oldular.

Dünya İslam İqtisadiyyatı Vəziyyəti haqqında Hesabatda dərc olunan məlumata əsasən, 2020-ci ildə müsəlmanlar dəbli geyim və aksesuarlara təxminən 330 milyard dollar xərcləyəcəklər.

Tanınmış şirkətlər və moda dizaynerləri belə nəhəng, sürətlə inkişaf edən bazardan vaz keçə bilməzlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930