Bu gün dünyada beynəlxalq Hicab günüdür
Mьəllif: admin1
Tarix: 1-02-2024, 10:32
Bu gün dünyada beynəlxalq Hicab günüdür
Bu gün dünyanın müxtəlif bölgələrində müsəlman və qeyri-müsəlman qadınlar öz hicablı şəkillərini sosial mediada paylaşaraq Qərb ölkələrində hicaba və hicablı qadınlara qarşı zorakılıqlara son qoyulmasını tələb edirlər.

Fevralın 1-i Beynəlxalq Hicab günü kimi qeyd edilir. Bu gün dünya üzrə milyonlarla qadına hicab barədə məlumatlar verilir və onlar müxtəlif tədbirlərdə iştirak etməyə dəvət edilir.

Hicab gününün qeyd olunması ilə bağlı fikrin müəllifi bir gün qeyri-müsəlman rəfiqələrinə hicab örtərək qadın gözəlliklərini yad gözlərdən qorumağı təklif edən Nyu-York sakini Nazma Xandır.

Ötən il Nazmanın bu ideyası bütün dünyadan dəstək alıb. Onun qrupunun hazırladığı maarifləndirici broşürlər 22 dilə tərcümə olunub. Bununla bağlı rəsmi internet səhifəsi də açılıb: www.worldhijabday.com .

Nazma Khan bildirir ki, bu kampaniyanı təşkil etməkdə məqsədlərdən biri dinlərarası tolerantlığı Hicab vasitəsilə insanlara çatdırmaqdır.

Böyük Britaniya, Avstraliya, Hindistan, Pakistan, Fransa, Almaniya və digər ölkələrdən olan onlarla qadın hicabla bağlı sullar vermək və müsəlman örtüyünü bir günlük bağlamağa hazır olduqlarını bildirmək üçün Nazmaya müraciət ediblər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930