Niderlandda hicab qadağan olunacaq
Mьəllif: admin1
Tarix: 2-04-2019, 10:52
Bцlmə: Xəbərlər
Niderlandda hicab qadağan olunacaq
Hollandiyada müsəlman geyimlərinə natamam qadağa qoyan qanun avqustun 1-dən qüvvəyə minəcək.

Maide.Az "ONA"-a istinadən yaydığı xəbərinə görə, qadağa niqab və hicablara şamil olunacaq.

Yeni qaydalara əsasən, bu geyimləri ictimai nəqliyyatda, habelə hökumət, təhsil və səhiyyə müəssələrində geymək qadağan olunur.

Əks halda qanun pozucuları 410 avroya qədər cərimə olunacaq.

Qeyd edək ki, Avropa boyunca hicabın tənzimlənməsi dərəcəsi müxtəlif və fərqlidir.

Fransada hicab məktəblərdə qadağan edilsə də, universitetlərdə bu qadağan yoxdur

2011-ci ildən Belçika da eynilə belə bir qadağan qoyub.

Regional miqyasda və ya müəyyən məktəb və iş yerlərində milli qanunlara uyğun olaraq bir sıra başqa məhdud yasaqlar da mövcuddur.

Fransada tam hicabı ictimai yerlərdə qadağan edən 2010-cu il qanunundan da Avropa Məhkəməsinə şikayət edilib, lakin məhkəmə qadağanın qanuni olması barədə hökm çıxarıb.

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031