On bir yaşlı müsəlman şagird ABŞ-ın “ən yaxşısı” seçildi
Mьəllif: admin1
Tarix: 19-07-2019, 15:57
Bцlmə: Xəbərlər
On bir yaşlı müsəlman şagird ABŞ-ın “ən yaxşısı” seçildi
İslamazeri.com-un “CBS News”-ə istinadən verdiyi xəbərə əsasən, ABŞ-da keçirilmiş Ümummilli İnşa Konkursunda qalib 11 yaşlı hicablı müsəlman şagird olub.

Müsabiqəni ABŞ-ın Baş Beyzbol Liqası keçirib, əsas mükafat isə “Beyzbol Ali Liqası ulduzlarının yarışına” pulsuz gediş olub. Sözügedən tədbir ölkənin ən mühüm idman hadisəsi hesab edilir.

Nyu-York məktəblərindən birində təhsil alan 5-ci sinif şagirdi 11 yaşlı Əsma Kəukəb müsabiqənin 1-cisi olub. Onun inşasının mövzsusu gənc müsəlman qızın qeyri-müsəlman ölkənin məktəbində üzləşdiyi problemlər və çətinliklər, hicabına görə olan istehzalar olub.

Pakistan əsilli Əsma öz yazısı ilə münsifləri mütəəssir edə bilib. Onun işi 10 min müsabiqə iştirakçısı arasından ən yaxşısı seçilib.

Məktəb direktorunun təşəbbüsü ilə Əsma öz inşasını bütün şagirdlər qarşısında oxuyub ki, onlar müxtəlif millət və dindən olan insanlara qarşı olan rəftarları barədə düşünsünlər.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930