Günə 6 əməliyyat edən 89 yaşlı müsəlman cərrah
Mьəllif: admin1
Tarix: 14-04-2017, 15:05
Bцlmə: Xəbərlər
Günə 6 əməliyyat edən 89 yaşlı müsəlman cərrah
İslamazeri.com-un “Islam” saytına istinadən verdiyi xəbərə əsasən, Qırğızıstandan olan Mambet Mamakeyev adlı dünyaca məşhur cərrahın 89 yaşı tamam olub. Müsəlman həkim bu yaşına baxmayaraq, gündə azı 6 xəstəni əməliyyat edir.

Mambet Mamakeyev artıq 64 ildir ki, həkim işləyir. O, etiraf edir ki, bu illər ərzində artıq gecə-gündüz işləməyə öyrəşib.

“Əgər birdən təcili əməliyyat keçirilməlidirsə, həkimlər iş vaxtlarının sona çatdığına görə evə getmirlər. Biz insanların həyatını xilas edirik. Əgər həkim insan həyatını xilas etmək üçün iş vaxtından əlavə qalıbsa və ya onu əməliyyata çağırırlarsa, o zaman qanuna əsasən həkimə buna görə əlavə pul vermək lazımdır. Lakin mən ömrü boyu məsələnin bu tərəfi barədə düşünməmişəm.”, - deyə 89 yaşlı həkim etiraf edib.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930