İsveçdə “İnformasiya Texnologiyaları üzrə ilin xanımı” müsəlman xanımdır
Mьəllif: admin1
Tarix: 11-04-2019, 23:31
Bцlmə: Xəbərlər
İsveçdə “İnformasiya Texnologiyaları üzrə ilin xanımı” müsəlman xanımdır
İsveçdə Microsoft şirkətinin “2019-cu il Microsoft İnformasiya Texnologiyaları üzrə ilin qızı” mükafatı Efiopiya əsilli 21 yaşlı tələbə Ebtisam Mohammedsəlimə təqdim olunub.

Deyerler.org İslamosfera-ya istinadən xəbər verir ki, bu mükafat 17 il ardıcıl olaraq təqdim edilir. Microsoft-un saytında göstərildiyi kimi, bunun məqsədi gənc xanımları informasiya texnologiyaları təhsili üçün həvəsləndirməkdir.

Texnologiya və sahibkarlıq sahələrində hələ də qadınların çatışmazlığı nəzərə çarpır. Buna görə də, Microsoft daha istedadlı qızları mükafatlandırmaq istəyir.

Təşkilatçıların sözlərinə görə, Ebtisam Mohammedsəlimin ən yaxşıların ən yaxşısı olaraq seçilməsi, onun bərabərlik, müxtəliflik və inteqrasiyaya olan bağlılığına görədir.

Ebtisam “2019-cu il Microsoft İnformasiya Texnologiyaları üzrə ilin qızı” adı ilə yanaşı, Microsoftun səfiri və İT tələbələrinə və müasir texnologiyalara maraqlanan qızlara nümunə olub.

Qızın aktiv həyat mövqeyi var. WiTech şirkətinin nəzdindəki tələbə assosiasiyasının vitse-spikeridir. Bundan əlavə, o, Linna Universitetindəki Java kurslarının rəhbəridir.

Ebtisam bu adı qazandığı üçün xoşbəxt olduğunu bildirir. O, sadəcə 4 il əvvəl Efiopiyadan İsveçə gəlib və hesab edir ki, başqa bir ölkədə başqa bir mədəniyyətin nümayəndəsi və hicablı bir qızın belə bir mükafat ala bilməsi gözəldir.

Ebtisam Facebook səhifəsində belə bir mesaj paylaşıb: “Mənimlə bu yola gələn hər kəsə təşəkkür edirəm, amma bu, sadəcə başlanğıcdır. İnandığım şeylər üçün mübarizə edəcəm və ümid edirəm ki, bu dünyanı məndən qabaq olduğundan daha yaxşı bir şəkildə tərk edəcəm”.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031