Müsəlman xanım Kanadanın `ən yaxşı beyini` adına layiq görülüb
Mьəllif: admin1
Tarix: 10-06-2016, 20:15
Bцlmə: Xəbərlər
Müsəlman xanım Kanadanın `ən yaxşı beyini` adına layiq görülüb
Kanadanın Ontario ştatının Hamilton şəhərində Makmastera Universitetində "Kanadanın Milli Beyini" adlı müsabiqə keçirilmişdir.

Maide.Az xəbər verir ki, nüfuzlu münsiflər heyəti "ən yaxşı beyin" müsabiqəsində ölkənin müxtəlif yerlərindən yarışmaya qatılan14 ən yaxşı yuxarı sinif şagirdinin adın açıqlayıb.

Məktəblilər müsabiqə zamanı nevrologiyanı və neyraanatomiya biliklərini nümayiş etdiriblər. Çətin keçən yarışmanın qalibi isə 17 yaşlı müsəlman Nuran Abumazen seçilib.
"Mən çox fəxr edirəm ki, bura düşə bildim. Bütün yarış iştirakçıları özünü yaxşı tərəfdən nümayiş etdirə bildilər. Biz çox gənclərlə dostlaşdıq.",-deyə turnirin qalibi bildirib.

Gənc müsəlman xanım məktəbi bitirəndən sonra təbabətlə öz həyatını bağlamaq niyyətindədir. "Mən Vaterloo Universitetinə daxil olmaqla, təbiət elmlərini öyrənmək istəyirəm. Gələcəkdə isə həkim olmaq arzusundayam", - məktəbli deyir.

Tezliklə müsəlman xanım Kanadanı Danimarkada keçiriləcək beynəlxalq nevrologiyanı və eyraanatomiya müsabiqəsində təmsil edəcək. /
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930