Ayətullah Xamenei başsağlığı verib
Mьəllif: admin1
Tarix: 18-02-2018, 20:28
Bцlmə: Xəbərlər
Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei fəlakət hadisəsi - sərnişin təyyarəsinin qəzaya uğraması- nəticəsində sərnişinlərin həyatını itirməsi münasibətilə bağlı başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

“Allahın adı ilə. Əziz həmvətənlərimizdən bəzilərinin acınacaqlı sərnişin təyyarəsi qəzasında həyatını itirməsi ürəkləri qəmlə doldurdu və hamını kədərləndirdi.

Bu acı hadisədə həyatını itirənlərin ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir və Allahdan onlara rəhmət və məğfirət, müsibətli ailələrə isə səbr və əcr diləyirəm. Aidiyyatı qurumların məsul şəxsləri bu sahədə lazimi addımların atılması üçün bütün səylərini göstərsin və həyatını itirən şəxslərin hörmətlə dəfn mərasiminin təşkili ilə bağlı əməkdaşlıq etsin.”

Qeyd edək ki, bu gün səhər Iranda “ATR 72-500” tipli təyyarənin qəzaya uğraması nəticəsində 66 nəfər həyatını itirib. Təyyarə əlverişsiz hava şəraiti səbəbindən havaya qalxdıqdan 50 dəqiqə sonra Dena dağına çırpılıb.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930