Ayətulah Xamenei daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
Mьəllif: admin1
Tarix: 16-04-2017, 18:35
Bцlmə: Xəbərlər
Ayətulah Xamenei daşqınlar nəticəsində həlak olanların ailələrinə başsağlığı verib
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Kürdüstan əyalətlərində güclü yağış səbəbindən baş vermiş sel və daşqınlar nəticəsində onlarla insan həlak olması münasibətilə başsağlığı verib.

Maide.Az xəbər verir ki, Ayətullah Xamenei İranın aidiyyatı qurumlar və məsul şəxslərdən təcili olaraq təbii fəlakətdən ziyan görmüş insanlara yardım göstərilməsini istəyib.

Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Allahın Adı ilə
Şərqi Azərbaycan, Qərbi Azərbaycan,Kürdistan və Ərdəbil əyalətlərində baş vermiş sel nəticəsində əziz vətəndaşlarımızdan bir qismi həyatını itirib. Çoxli maddi ziyanlar dəyib. Ağrılı və faciəli bir hadisədir. Mən kədərlənərək bu faciə qurbanlarının ailələrinə başsağlığı verirəm və onların dərdinə şərikəm. Allahdan onlar üçün səbir və qəlblərinin sakinliyini, hadisə qurbanlarına Allahdan rəhmət və bağışlanmaq diləyirəm. Bütün aidiyyatı qurumların məsul şəxslərindən istəyirəm ki, təcili olraq hadisədən ziyan görmüş insanlara yardım etsinlər və onların ağrı və acılarını azaltsınlar. Aidiyyatı qurum rəhbərləri öz borclarını yerinə yetirməkdə heç gecikmə və səhlənkarlıq etməsin. Ümid edirəm Allah öz lütf və yardımını hadisə qurbanlarına və onlara yardım göstərənlərə edəcəkdir. "
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930