Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verdi
Mьəllif: admin1
Tarix: 21-12-2017, 22:23
Bцlmə: Xəbərlər
Ali Rəhbər Ayətullah Xamenei başsağlığı verdi
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei mütəfəkkir alim Ayətullah Mohyiddin Hairi Şirazinin vafatı münasibəti ilə başsağlığı verib.

Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:

"Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Böyük hüzn və kədərlə mütəfəkkir alim Cənab Ayətullah Mohyiddin Hairi Şirazinin vafatı xəbərini eşitdim. O, çox görkəmli və müvəffəq din alimlərindən idi. Öz bərəkətli ömrünü bütövlükdə həmişə dinləyicilərinin tərbiyəsi və onların ruh, düşüncə və qəlb yüksəkliyi üçün həsr etdi. Bu ixlaslı, mərifət sahibi və əxlaq ustadının fəal və səmərəli düşüncəsi həm İnqilabdan öncə Şirazda və Qumda, həmdə İnqilabdan sonra İmam cümə kimi və digər önəmli vəzifələrdə həmişə İslam, Quran və inqilab maarifinnin yayılmasında təsir edici olub. Bu rəbbani alimin vəfatını onun yaxınlarına, şagirdlərinə, sevənlərinə, dini elmiyyə hövzələrinə və Fars əyalətinin əziz xalqına və ruhanilərinə başsağlığı deyirəm. Uca Yaradandan onun üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930