Ali rəhbər Ayətullah Xamenei höccətül-İslam Vaez Təbəsinin vəfatı münasibəti ilə başsağlığı verib
Mьəllif: admin1
Tarix: 4-03-2016, 17:29
Bцlmə: Xəbərlər
Ali rəhbər Ayətullah Xamenei höccətül-İslam Vaez Təbəsinin vəfatı münasibəti ilə başsağlığı verib
Mücahid alim höccətül-İslam Abbas Vaez Təbəsinin vəfatının ardınca Ali rəhbər Ayətullah Seyyid Əli Xamenei başsağlığı verib.

Maide.az xəbər verir ki, Ali rəhbərin başsağlığı mesajında bildirilir:
“Bismillahir-rəhmanir-rəhim. Təssüflə mücahid və İnqilabın sadiq dostlarından olan cənab höccətül-İslam Hacı Şeyx Abbas Vaez Təbəsinin (rəhmətullah əleyhin) ölüm xəbərini aldıq. O mənə canıyanan qardaş, rəhmətlik İmama sadiq şagird və İnqilab üçün çox çalışan bir xidmətçi idi. İslami hərakatın ilk günlərindən Müqəddəs Məşhəd şəhərində bu qorxmaz və təsirli ruhaninin iştirakının şahidi idik. O hörmətli cənab çətin anlarda bütün çətinlikləri qəbul etməklə öz sədaqəti və açıq mövqeyi ilə İran xalqının mübarizəsinin son günlərinə kimi mübarizəsini davam etdirdi. İnqilabdan sonra, İmamın (İmam Xomeyninin) ona olan inamı nəticəsində Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumluğu vəzifəsinə təyin olundu. Onun səyi və əzmkarlığı nəticəsində bu müqəddəs məkana misilsiz xidmətləri olub. İnqilabçı mövqeləri və onun İslam sisteminə vəfadarlığı bu ali məqamlı ruhaninin həyatının səhifələrində olub. İndi ölümü ilə mən mehriban qardaşı, İnqilabdan öncəki sürgün və çətin günlərin həmsəngərini, inqilabdan sonrakı illərin çalışkan həmkarını itirmişəm. Allahdan onun üçün layiq olduğu ilahi rəhməti və mükafatı diləyirəm. O cənabın hörmətli ailəsinə xüsusi ilə həyat yoldaşı və hörmətli övladlarına səmimi qəlbdən başsağlığı verirəm. Onlara səbr və əcr diləyirəm.” /



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930