Ayətullah Safi Gülpayiqani Mina hadisəsi ilə bağlı başsağlığı verdi
Mьəllif: admin1
Tarix: 26-09-2015, 09:22
Bцlmə: Xəbərlər
Ayətullah Safi Gülpayiqani Mina hadisəsi ilə bağlı başsağlığı verdi

Ayətullah Safi Gülpayiqani Məkkədə baş verən hadisəsi ilə bağlı başsağlığı verib.

Ayətullah Safi Gülpayiqanınin Mina hadisəsi ilə bağlı verdiyi başsağlığında qeyd edilr: "Allahın əmin - aman Evində ziyarətçilərin həyatını itirməsi ilə nəticələnən dərdnak hadisənin baş vemrəsi hamını kədərləndirdi."

"Biz Allah üçünük və Biz Ona tərəf qayıdanlarıq".

"Qəm və qüssə ilə dolu qəlblə bu faciə ilə əladəraq Zamanənin İmamına (ə.f) və dünyanın hər bir yerində öz əzizlərin itirən ailələrə başsağlığı verir və hadisənin qurbanları üçün Allahın geniş rəhməti, qalanlarına böyük səbr diləyir və yaralıların tam sağalmasını Uca Allahdan təmənna edirəm."

"Şübhəsiz bu qəmli hadisənin baş verməsi İslam ümmətinin məsuliyyətini daha da artırır. Onlara tədbir, düzgün idarəçilik və lazımı əməkdaşlıqla belə faciənin təkrar olmasının qarşsını almalı, müsəlmanların qibləsi və milyardlarla insanın arzu Evi olan bu Allahın təhlükəsiz evində rahat ayinlərini icra etmək üçün şərait yaratmalıdırlar."/shabestan/

nardaranpiri.com
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930