İşlərin dəyəri insanın niyyətinə bağlıdır
Mьəllif: admin1
Tarix: 7-01-2023, 10:44
İşlərin dəyəri insanın niyyətinə bağlıdır
Nə Yer kürəsi bizim əlimizdədir, nə də səma. Nə yağış, nə də külək. Biz bu dünyaya öz ixtiyarımızla gəlməmişik.

Öz ixtiyarımızla edə biləcəyimiz hünər budur ki, dünya imkanlarından düzgün istifadə edək. Biz öz ixtiyarımızla yaxşı və pis işlər görə bilərik.

Bizim bu dünyadakı ən böyük hünərimiz – niyyətimizdir. Niyyət işlərə və əməllərə dəyər verər. Həzrət Peyğəmbər (s) buyurur:“İşlərin dəyəri niyyətindədir. Hər kəs niyyətinə uyğun olaraq bəhrələnər”.

Niyyət dedikdə insanın bir işi Allah rizası və Ona yaxınlaşmaq, əzabından uzaq olmaq üçün yerinə yetirməsi nəzərdə tutulur.

Əgər insan bir işi Allaha xatir deyil, başqa niyyətlə yerinə yetirsə Allah yanında mükafatı olmaz. Ona görə də insanın məhz Allahla bağlı olan əməlləri dəyərlidir. Yəni, İlahi niyyətlə yerinə yetirilən əməllər.

Əgər siz bir işi başqa insanların razılığını əldə etmək üçün yerinə yetirsəniz və o da sizə təşəkkür etsə - bu, qısamüiddətli bir mükafatdır.

Lakin Allah əzəli və əbədidir. O, hər bir şeydən agah və xəbərdardır. Ürəyimizdən keçən gizli sirləri bilir. Bəs niyə Allah üçün iş görməyək, Onunla ticarət etməyək?

“(Bəli, bizim qəlblərimizin imanı) İlahi boyaqçılıqdır! Kimin boyaqçılığı Allahınkından gözəldir? Biz Ona ibadət edənlərik”. (“Bəqərə” 138).

O kəsin ki, niyyəti İlahi olar, heç bir zaman məğlub olmaz. Ona görə də əgər həyatda həmişə qalib olmaq istəyirsənsə, niyyətini həmişə Allaha xatir et! Allaha xatir sileyi-rəhm et, Allaha xatir yoxsula əl tut, valideynlərinə yaxşılıq et, infaq et.

Muxlis insan həyatın hər bir şəraitindən razı olar. Çünki xalis təslim olandır. Həyatına İlahi rəng qatmışdır. Bu cür insan həyatda hər bir şeyi Allahla bağlayar. Deyər ki, yəqin ki, Allah bu cür istəyir. Qəza və qədərinə razı olar.

Beləliklə deyə bilərik ki, niyyət əməlimizə dəyər verir. Əgər niyyətimiz İlahi olarsa, o zaman həyatda qalib gələnlərdən olarıq. Axirətimizi isə abad edərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930